Ayələri səhv izah edənlər

Haqsızlığa düşmə psixologiyasıyla hərəkət edən insanlar, haqlı olduqlarını sübut edə bilmək

Haqsızlığa düşmə psixologiyasıyla hərəkət edən insanlar, haqlı olduqlarını sübut edə bilmək üçün Qurana uyğun olmayan bir çox şeyi sübut göstərməyə çalışarlar. Bu cür insanlar etdikləri hiyləgər oyunlarla çox təhlükəli ayə izahları edərək qarşılarındakı insanlara haqsız ittihamlar yönəldə bilirlər. Nəfslərini təmizə çıxarda bilmək üçün, Quran ayələrini də öz mənfəətləri əsasında bilərək səhv şəkildə izah etməyə çalışarlar. Quranda bu insanların göstərdikləri davranış pozuntusunu məqbul hala gətirə bilmək üçün qurduqları bu oyuna belə diqqət çəkilir:

Ondan, Kitabın anası (təməli) olan bəzi ayələr möhkəmdir; digərləri isə mütəşabihdir. Qəlbində əyrilik olanlar fitnə törətmək və istədikləri kimi şərh etmək üçün ondan mütəşabih olanına tabe olarlar. Onun şərhini isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman etdik, onların hamısı Rəbbimizin dərgahındandır” deyərlər. Təmiz ağıl sahiblərindən başqası öyüd alıb düşünməz. (Ali İmran surəsi, 7)

Halbuki ayədə də bildirildiyi kimi, Quran ayələri olduqca aydın və başa düşüləndir. Bu insanların səmimiyyətsiz izahlarla pis əxlaqlarına dəlil axtarmağa çalışmaları, qəlbində gizlətdikləri xəstəliyin üstünü açan mühüm bir dəlil meydana gətirir. Şeytana uyaraq qurduqları bütün tələlər kimi bu da Allahın istəyi ilə puç olar.