Zuxruf surəsi, 61-ci ayə; “Şübhəsiz o” hz. İsa Məsih (ə.s) “qiyamət-saatı üçün bir əlamətdir. Elə isə ondan yana heç bir şübhəyə qapılmayın.” Biz də heç bir şübhəyə qapılmırıq. Əbcədi 2026-ci ili verir. “İsa, açıq sübutlarla gəlincə, dedi ki: “Mən sizə bir hikmətlə gəldim və haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün də. Elə isə Allahdan çəkinin və mənə itaət edin.” Zühur elədikdən sonra da eyni şeyi deyəcək, inşaAllah. Allahu aləm, 2026-cı ildə zühur edə bilər, yəni açıq şəkildə hər kəsə bu sözləri deyə bilər. O vaxta qədər gizli fəaliyyətdir, özünü gizlədir.
Ayədəki “Açıq sübutlar” nədir? Qurandır. Quranla gələcəkdir. Deyəcək ki; “Mən sizə bir hikmətlə gəldim”, inşaAllah və “haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün gəldim.” İxtilafa düşüblər öz aralarında; məsələn, məzhəblərə ayrılıblar, xurafatlara əməl edirlər. “Haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün də. Elə isə Allahdan çəkinin və mənə itaət edin. Şübhəsiz Allah, O, mənim də Rəbbim, sizin də Rəbbinizdir; bu halda Ona qulluq edin. Doğru yol budur.” Tövhid inancına çağıracaq onları. “Allah birdir” deyəcək, inşaAllah. “Sonra, içlərindən bəzi qruplar ixtilafa düşdü. Artıq ağrılı bir günün əzabından vay o zülm etmiş olanlara.” Ayənin davamında Allah Qiyamətdən bəhs edir. “Yenə ixtilafa düşəcəklər, yenə azacaqlar” deyir Allah. “Onlar, heç şüurunda deyilkən özlərinə qəfildən gələcək olan qiyamət-saatından başqasını mı gözləyirlər?” Hz. İsa (ə.s)-dan bəhs edir, daha sonra qiyamət ayəsi. İfadə formasından aydın olur, inşaAllah. Qızıl Əsr 60-70 il davam edər inşaAllah. Qiyamətə yaxın illərdə dünyada böyük xaos və dinsizlik yaşanacaq, terror və kommunizm şiddətlə artacaq və daha sonra 2118-ci ildə dünyaya 2 böyük kometa dəyərək dünyanı öz oxundan çıxaracaq və dünya tərs istiqamətdə dönməyə başlayacaqdır. Günəş Qərbdən çıxmış olacaqdır. Dünyadakı canlıların böyük hissəsi məhv olacaq və güclü istilər və soyuqlar hökm sürərək bütün canlılar zamanla məhv olacaqdır. 2120-ci ildə, Allahu aləm, Qiyamət baş verəcəkdir.

