Ayə izahı: Zuxruf surəsi, 33-35

Kasıblıq insanı Allaha yaxınlaşdırar, şikəstlik, xəstəlik, çətinliklər insanı Allaha

Kasıblıq insanı Allaha yaxınlaşdırar, şikəstlik, xəstəlik, çətinliklər insanı Allaha yaxınlaşdırar. Sağlamlıq, gözəllik, zənginlik insanı dünyaya bağlayar, Allahı unutdurur. Bir çox insanda belədir. Allah, “əgər belə olmasaydı, fövqəladə zənginlik və güc verərdim” deyir. “Əgər insanlar (Allaha qarşı üsyanda birləşib) tək bir ümmət olmasaydı, Rəhmanı (Allahı) inkar edənlərin evlərinə gümüşdən tavanlar və üstünə çıxacaqları nərdivanlar edərdik. Evlərinə qapılar və üzərində oturacaqları kürsülər və (daha nə qədər) cazibədar-bəzəklər (də verərdik). Bütün bunlar, yalnız dünya həyatının bəzəyidir. Axirət isə, Rəbbinin qatında müttəqilər üçündür. Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gəlirsə, Biz şeytana onun “üzərini qabıqla bağlatdırarıq”; artıq bu, onun yaxın dostudur.” Bunların hamısı Axırzamanda reallaşdı. Allah dəccalı vəsilə etdi. Dəccal insanlara qabıq kimi bağlandı. Allahın zikrini buraxdıqları üçün, darvinist, materialist olduqları üçün. Ayədə deyir, “Biz şeytana onun “üzərini qabıqla bağlatdırarıq.” Yəni şeytan bədənin üzərinə elektromaqnit sahə formasında çökür. Beynini, başını əhatə edir, şeytan bədəninin üzərinə çökür. Şeytan unutqanlıq, zehin bulanıqlığı, fikrini toplama çətinliyi, dünyaya meyil etmə, sıxıntı, Quranı dinləməyə dözümsüzlük kimi təsir meydana gətirir. Boş sözə meyil yaradır. Məsələn, insanlar boş danışanı dinləyəndə rahatlayır, dedi-qodu edəndə rahatlayır. Allah xatırladarsan ürəyi sıxılar. Quran oxuyarsan sıxıntılar basır. Şeytan boğur adamı, üstünü örtmüşdür. Quran bu həqiqətə diqqət çəkir.

“Həqiqətən bunlar (bu şeytanlar), onları yoldan saxlayarlar; onlar isə, özlərinin həqiqətən, hidayətdə olduqlarını sanarlar.” Xüsusilə də bu ayə, xurafatçılara işarə edir. Həqiqətən, hidayətdə olduqlarını sanırlar. “Çox təqvalıyam” deyir. “Allah yolundayam. Hətta birinciyəm. Əhli-nicatam. Qurtuluşa çatan qrup bizik” deyir. “Hər kəs zəlalətdədir, mənim təriqətim, mənim məzhəbim xilas oldu” deyir. “Mənim mürşidim də, dünyanın ən böyüyüdür. Camaatım da dünyanın ən böyüyüdür” deyir. Bir çox yerdə bu belədir, dünyanın hər yerində.

I “Sonunda Bizə gəldiyi zaman, deyər ki: “Kaş ki, mənimlə sənin aranda iki şərq (şərq ilə qərb) uzaqlığı olsaydı. Məgər, nə pis yaxın-dost(sanmış sən).” Adam, sonunda bunu deyir. “(Bu deyinmələriniz,) Bu gün sizə qəti olaraq bir fayda təmin etməz. Çünki zülm etdiniz. Şübhəsiz, əzabda da ortaqsınız” deyir, Allah. “Elə isə kar olanlara sən mi eşitdirəcəksən və ya kor olan və açıqca bir pozğunluq içində olanı hidayətə çatdıracaqsan?” Bədiüzzaman; ruhsuz zombilər üçün “ayaq üstə gəzən ölülər” deyir. Ölü adam, yəni şüuru getmişdir, sanki havalanmışdır. “Bu halda Biz səni alıb-aparsaq, əlbəttə onlardan intiqam alacağıq.” Sən ölsən də” deyir Allah Peyğəmbərimizə (s), əlbəttə biz onlardan intiqam alacağıq.” İndi Peyğəmbərimiz (s) Allahın qatındadır. Bu hadisə reallaşdı. “Onlardan intiqam alacağıq.” Hz. Mehdi (ə.s) ilə. Allahın bu intiqamı məhz dünya hakimiyyəti ilə nəticələnir. Küfr yerlə yeksan olur, inşaAllah. “Ya da özlərinə vəd etdiyimiz şeyi onlara göstərərik ki, Biz həqiqətən, onların üstündə güc sahibiyik.” “Qiyaməti də qopardaram” deyir Allah. Hz. Mehdi (ə.s)-dan sonra, qiyamətdir.

“Bu halda, sənə vəhy ediləndən möhkəm yapış.” Qurandan möhkəm yapış. Xurafatçıların, mövhumatçıların arxasınca getmə. Allah, yalnız Quran arxasınca get deyir. “Çünki sən dümdüz bir yol üzərindəsən.” Dümdüz yol Qurandır, inşaAllah.

“Və şübhəsiz o (Quran), sənin və qövmün üçün həqiqətən, bir zikrdir. Siz (ondan) sorğu-sual olunacaqsınız.” Yalnız Qurandan sorğu-sual olunacaqsınız” deyir. Xurafatlardan sorğu-sual yoxdur. Xurafatçı deyir, “bu xurafatlardan sorğu-sual olunacaqsınız” deyir. Saxtakardırlar, yalan danışırlar. Allahdan qorxmurlar. Allah deyir, “Və şübhəsiz o (Quran), sənin və qövmün üçün həqiqətən bir zikrdir. Siz (ondan) sorğu-sual olunacaqsınız.” Yalnız Qurandan sorğu-sual olunacaqsız. Başqa şeydən sorğu-sual olunmayacaqsınız. Axirətə getdiyimizdə Quran sadəcə. Quranda yazılanları etdik mi, etmədik mi? Bu qədər. Başqa bir şey yoxdur.