Zuxruf surəsi, 28-ci ayə “Və bunu bəlkə dönərlər deyə ardında bir söz olaraq buraxdı.” Əbcədi 1999 tarixini verir. “Mən onları və atalarını, özlərinə haqq və açıqlayan bir elçi gələnə qədər faydalandırdım-yaşatdım.” Bu ayənin əbcədi 2015 tarixini verir, Mehdiyyətlə bağlı ayələrdir.
“Ancaq özlərinə haqq gəlincə, dedilər ki: “Bu bir cadudur, doğrusu biz ona (qarşı) kafir olanlarıq.” Biz onu rədd edirik deyirlər. 1990 mehdiyyətin ən şiddətli mübarizə zamanlarından biridir, inşaAllah. “Əgər insanlar tək bir ümmət olmasaydı, Rəhmanı (Allahı) inkar edənlərin evlərinə gümüşdən tavanlar və üzərində çıxıb-yüksələcəkləri nərdivanlar edərdik.” deyir Allah. “Böyük bolluq verərdim” deyir Allah. “Amma Allaha qarşı üsyanda birləşib tək bir ümmət olardılar, böyük bir dinsizlik hakim olardı” deyir. “Onun üçün iqtisadi böhran meydana gətirirəm, iqtisadi rifahda insanlar azırlar” deyir Allah. “Evlərinin qapılarını və söykəndikləri taxtları da gümüşdən edərdik. Hətta qızıldan edərdik! Bütün bunlar ancaq dünya həyatının dolanışığıdır. Axirət isə Rəbbinin yanında müttəqilərə məxsusdur.” “Mənim üçün çox asandır, istəsəydim hamınızı zəngin edərdim” deyir Allah. “Amma məni unudardınız, havaya girər və azardınız, ona görə vermədim” deyir. İqtisadi böhran, iqtisadi çətinlik insanları Allaha yaxınlaşdırır. Bəlalar, dərdlər, xəstəliklər Allaha yaxınlaşdırır. Allaha yaxınlaşmayan hər insan, bəla və xəstəliklə qarşılaşdığında Allaha yaxınlaşmışdır. “Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gəlirsə, Biz şeytana onun “üzərini örtüklə örtdürərik”; artıq bu, onun bir yaxın dostudur.” “Əgər Allahı zikr etməzsə, üzərini şeytan örtər, həmişə şeytanın təsirində qalar” deyir Allah.
“Həqiqətən bunlar, onları yoldan çıxararlar; onlar isə, özlərinin həqiqətən, hidayətdə olduqlarını sanarlar.” Hidayət olunduqlarını sanırlar. Adam sarığı sarıyır, cübbəni geyir, özünü hidayət olunmuş zənn edir, mömin, müttəqi zənn edir. Halbuki, üzərini bir şeytan örtmüşdür, şeytanın əsiri olmuşdur. “Həqiqətən hidayət olunmuş və həqiqətən, müsəlman olduqlarını sanarlar” deyir Allah, xəbərləri belə olmaz” deyir.

