Ayə izahı: Zuxruf surəsi, 23

Zuxruf surəsi, 23-cü ayə; “Səndən əvvəl də (hər hansı) bir məmləkətə bir elçi göndərmiş

Zuxruf surəsi, 23-cü ayə; “Səndən əvvəl də (hər hansı) bir məmləkətə bir elçi göndərmiş olmasaq” “Bir bir mürşid, bir peyğəmbər göndərmiş olmasaq.” “Mütləq onun “rifah içində azan liderləri,” saxtakarları,” (belə) demişlər: “Həqiqətən biz, atalarımızı”, daha əvvəlki alimlərimizi, “bir din üzərində tapdıq,” “bir inanc üzərində tapdıq.” “Və doğrusu biz, onların izlərinə (əsərlərinə) inanan kəslərik.”Yəni “onların kitablarına, onların düşüncələrinə iman gətirdik, sənə iman gətirmərik biz” deyirlər. Hz. Mehdi (ə.s) gəldikdən sonra da bu cür deyəcəklər.

“Beləcə, onlardan intiqam aldıq. Elə isə, bir bax; yalan hesab edənlərin sonu necə oldu?” Allah, bu intiqamlarını alır, amma xəbərləri yoxdur. O şəxslərdən Allah daima intiqam alır, xəbərləri olmur. “Necə ki, İbrahim atasına və öz qövmünə demişdi ki: “Şübhəsiz mən, sizin inandıqlarınızdan uzağam.” Tək başına, o dövrün Mehdisi hz. İbrahim (ə.s); bütün xalq ona qarşıdır, atası da qarşıdır. Quranın izah etmək istədiyi budur; hz. Mehdi (ə.s) tələbəsi və yaxud mehdiyyət ortaya çıxdığında ailələr də qarşı olar hz. Mehdi (ə.s)-ın tələbələrinə. Quranın işarəsi budur. Atası da qarşı olar, anası da qarşı ola bilər, qardaşı da qarşı ola bilər. Mehdiyyət çətindir, Quranın izah etmək istədiyi işarə budur, inşaAllah.

“Atasına və öz qövmünə demişdi ki: “Şübhəsiz mən, sizin inandıqlarınızdan uzağam.” “Sizin inancınızda deyiləm.” “(Ancaq) Məni yaradan başqadır. O məni hidayətə yönəldib-çatdıracaq.” Hidayətə yönəltmə Mehdilikdir, lüğət mənası budur. “Və bunu (bu tövhid inancını) bəlkə (insanlar Allaha) dönərlər deyə ardında (öz soyunda) qalıcı bir söz olaraq buraxdı.” 1999-cu ili verir əbcədi. Öz soyunda qalıcı olaraq tövhid inancını buraxır. Öz soyunda Hz. Mehdi (ə.s) var. Hz. Mehdi (ə.s) Hz. İbrahim (ə.s)-ın soyundandır.

“Ancaq özlərinə haqq gəlincə, dedilər ki: “Bu bir cadudur, doğrusu biz ona qarşı kafir olanlarıq.” “Ona qarşı mübarizə edəcəyik” deyirlər, dövrün Mehdisinə. İndi də, əsrimizdə də eyni şeylər yaşanır. Qardaşlarımız deyir ki; “Biz mehdiyyəti izah edirik, insanlar dinləmir və yaxud qarşı çıxırlar.

I “Və dedilər ki: “Bu Quran, iki şəhərdən birinin böyük bir adamına endirilməli deyildi mi?” Xurafatçılar deyər, Məkkə və Mədinənin böyük bir aliminə endirilməli deyildi mi? Peyğəmbərimizin (s) peyğəmbərliyini qəbul etmirlər. “Əbu-Qasımın yetimi mi peyğəmbər olacaq?” deyirlər. Orada alimlər var, hocalar var, o dövrün liderləri var, “onlardan biri olmalıdır” deyirlər. “Oxuması, yazması da yoxdur onun, ümmidir” deyirlər. Oxuma yazması yoxdur, ümmidir, “necə Peyğəmbər olar?” deyirlər. Axırzaman hədislərinə görə, “Hz. Mehdi (ə.s) ərəbcə bilməz, ümmidir.” “O zaman necə hz. Mehdi (ə.s) olacaq” xurafatçılar deyəcək. “Nə ərəbcə bilir, nə də Məkkə və Mədinədə yaşamır, ayrıca din təhsili də almayıbdır.” deyə məzhəbçi din alimləri ona qarşı olacaqlar. Demək ki, Allah diləyəndə olur.