Zumər surəsi 22-ci ayə. “Allah, kimin sinəsini İslama açmışdırsa, artıq o, Rəbbindən bir nur üzərinədir, (elə) deyilmi?” deyir Allah. Bu ayənin əbcədi 2022-ci ili verir. “Allah, kimin sinəsini İslama açmışdırsa,” kimə hidayət vermişdirsə “artıq o, Rəbbindən bir nur üzərinədir”. Risalə-i Nura da işarə vardır burada, inşaAllah. Eyni zamanda dəccaliyyətə də işarə edir. Ayənin birinci hissəsi mehdiyyətə, ikinci hissəsi dəccaliyyətə işarə edir. “Lakin Allahın zikrindən (yana) ürəkləri qatılaşmış olanların vay halına.” “Məhv edəcəyəm dəccaliyyəti” deyir Allah. “Məhz onlar, açıq-aşkar bir pozğunluq içindədirlər.” “Açıq-aşkar azğındırlar” deyir. Darvinist, materialist, ateist sistemi Allah işarə edir.
Eyni zamanda ayə Qurandakı həqiqi islamı qəbul etməyib, insanların uydurduğu məzhəblər adı ilə xurafat, bidat və müşrik dinlərinə də işarə edir. Allah Rum surəsi 31-32-ci ayələrdə açıq şəkildə bildirir ki, məzhəblərin hamısı müşrik dindir və başqa ayədə isə müşriklər nicat tapmazlar deyir. Deməli heç biri hidayət əhli deyildir. Hidayət yalnızca Həqiqi islamı öyrənən və yaşayan insanlara verilər, çünki onların bəsirət gözünü Allah açmışdır, Furqanı nəsib etmişdir, doğru ilə yanlışı, yəni haqq ilə batili ayıra bilmə gücü vermişdir. Peyğəmbərimizin (s) sünnəsi yəni yolu da zatən Quran islamı olmuşdur. Rüşd olan yəni doğru olan yol budur, inşaAllah. Sünnə də Qurandır.
Bəziləri deyir ki, Quranda deyir ki, elçiyə itaət edin. Doğru elçiyə itaət də zatən Qurana itaətdir, çünki Quranda deyir ki, elçi sadəcə ona göndəriləni təbliğ etmişdir, ona Qurandan başqa heç nə göndərilməyibdir. Əksini deyənlərsə sadəcə iftira atar və yalan deyərlər. Hökmlərin hamısı Quranda olanlardır, başqa hökm gəlmədi əlavə. Sanki (haşa) Qurana əlavə kitab gəldi və bunu hədislər adı ilə yazdılar. Allahın kitabına yarım deyən zatən zalımdır və dindən çıxmışdır. Çünki İslama girməyin təməlində Allahın kitabına iman etmək vardır, bu kitaba yarım deyən iman etmir, onlar saxta hədislərə, saxtakar hocalara, mollalara, təfsirlərə, məzhəb və xurafatda olan Qurana zidd olanlara iman edirlər. Bunu belə dərk etmirlər hələdə.
I O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə iman gətirir, axirətə də şəksiz-şübhəsiz inanırlar. (Bəqərə surəsi, 4)
Şübhəsiz ki, Biz sənə açıq-aydın ayələr nazil etdik. Onları yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)
Şübhəsiz, firqə-firqə olub dinlərini parçalayanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi ancaq Allaha qalmışdır. Sonra Allah onlara etdikləri əməlləri xəbər verəcəkdir. (Ənam surəsi, 159)
Sonra firqələr öz aralarında ixtilafa düşdülər. Şahid olunacaq o böyük gün kafirlərin vay halına! (Məryəm surəsi, 37)
Ancaq onlar dini məsələlərdə firqələrə bölündülər. Hər bir firqə öz əlindəkinə görə sevinib qürurlanır. (Muminun surəsi, 53)
Öz dinlərini parçalayan və firqələrə ayrılan (müşriklərdən olmayın)! Hər firqə öz əlindəkinə görə sevinir. (Rum surəsi, 32)
Ancaq onların arasından çıxan firqələr ixtilafa düşdülər. Acı bir günün əzabı ilə qarşılaşacaq o zalımların vay halına! (Zuxruf surəsi, 65)

