Ayə izahı: Yusif surəsi, 87

Yusif surəsi, 87-ci ayə

Yusif surəsi, 87-ci ayə. “Oğullarım, gedin Yusif ilə qardaşından (ətraflı araşdırma aparıb) bir xəbər gətirin və Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlərdən başqası Allahın rəhmətindən ümid kəsməz.” O zaman biz də Hz. Mehdi (ə.s) və qardaşı haqqında ətraflı araşdırma aparıb bir xəbər gətirəcəyik. Allahın rəhmətindən ümid kəsməyəcəyik, çünki kafirlərdən başqası Allahın rəhmətindən ümid kəsməz. Axırzamana işarə edən açıqlaması bu şəkildə olur. “Beləcə, onun (Yusifin) qəbuluna girəndə, dedilər ki: “Ey vəzir, bizə və ailəmizə şiddətli bir bəla toxundu.” Hz. Yusif (ə.s) zamanında, yeddi illik iqtisadi böhran meydana gəlmişdir. İndi də, hal-hazırda uzun zamandır iqtisadi böhran var.

“’Ey vəzir, bizə və ailəmizə şiddətli bir bəla toxundu; əhəmiyyəti olmayan bir sərmayə ilə gəldik. Bizə artıq (yenə) ölçünü tam olaraq ver və bizə əlavə bir hədiyyə ver.” Hz. Mehdi (ə.s)-ın malı bolluca paylamasına işarə edən Quran ayəsidir. “Şübhəsiz Allah, təvəkkül edənlərə qarşılığını verər. (Yusif) Dedi ki: “Sizlər, cahil ikən Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi?” İndi də məsələn, bir çox cahil hz. Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a qarşı çıxırlar.

“Sən həqiqətən Yusifsən mi, sənsən elə mi?” dedilər.” Öz qardaşlarını tanımaqda çətinlik çəkirlər. Daha əvvəl bildikləri halda, görünüşünü bildikləri halda tanımada çətinlik çəkirlər. Hz. Mehdi (ə.s)-ın da görünüşünü, hər şeyini bildikləri halda hz. Mehdi (ə.s)-ı tanımaqda çətinlik çəkəcəklər, Quran buna işarə edir. “Sən həqiqətən Yusifsən mi?” Deməli hz. Mehdi (ə.s) da insanlar şübhə edəcəklər, görəsən həqiqətən hz. Mehdi (ə.s)-dır bu? deyə şübhəyə düşəcəklər. “Sənsən elə mi?” dedilər. “Mən Yusifəm” dedi. “Və bu da qardaşımdır. Doğrusu, Allah bizə lütf etdi.” Hz. Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a Allah lütf edəcək, inşaAllah. “Həqiqət budur ki, kim çəkinər və səbir edərsə” halala, harama diqqət edərsə “və səbir edərsə”, səbir etmək uzun zaman gözəl əxlaq göstərməkdir.

“Səbir edərsə, şübhəsiz Allah, yaxşılıq edənlərin qarşılığını boşa çıxarmaz.” Hz. Mehdi (ə.s)-in səyləri, hz. İsa Məsih (ə.s)-ın səyləri boşa çıxmayacaq, müsəlmanların səyləri boşa çıxmayacaq. Dünyada da qarşılığını alacaqlar, axirətdə də qarşılığını alacaqlar, inşaAllah.

“Dedilər ki: “Allah adına, heyrət, Allah səni həqiqətən, bizə qarşı seçmişdir.” Hz. Mehdi (ə.s)-a da təəccüblənirlər. Yəni Allah onu niyə seçdi, deyəcəklər. Bizim şeyximizi, bizim mürşidimizi, bizim ölkədən, bizim təriqətdən birini deyil, niyə hz. Mehdi (ə.s)-ı seçdi deyə şübhəyə düşəcəklər, Quran buna işarə edir. Peyğəmbərimizə (s) də heyrət ediblər. Allah niyə onu seçdi, niyə iki böyük şəhərin liderlərindən birini deyil, onu seçdi deyə heyrət etmişdilər.

“Və həqiqətən, biz də səhvə yol verənlər idik.” Bunu deməli, sonunda hz. Mehdi (ə.s) əleyhinə olanlar səhvə yol verdiklərini qəbul edəcəklər, Quran ona işarə edir. “Dedi ki: “Bu gün sizə qarşı sorğulama, qınama yoxdur.” Hz. Mehdi (ə.s)-ın intiqam almayacağı aydın olur, Quranın işarəsindən. Yəni pislik edənlərdən intiqam almağın uyğun olmayacağı aydın olur. “Sizi Allah bağışlasın.” Mən bağışladım, amma sizi əsas Allah bağışlasın, deyir. Əsas mövzu odur. Allah bağışlamadıqda məsələ bitir. Məsələn, Allah deyir ki, Peyğəmbərimizə (s); “sən onlar üçün yetmiş dəfə bağışlanma diləsən də yenə Allah onları bağışlamaz.” Allah bağışlamadıqda məsələ bitir. İnsanın bağışlaması heç bir şeyi dəyişdirməz.

“Bu köynəyimlə gedin, atamın üzünə sürtün. Gözü (yenə) görəcək. Bütün ailənizi də mənim yanıma gətirin.” Buradan da hz. Mehdi (ə.s)-ın bədəninin, varlığının, insanların bir çox xəstəliyinə də yaxşı təsir edəcəyini anlayırıq. İnsanlar ruhi xəstəliklərdən xilas olacaqlar, buna görə də xəstəliklərdən xilas olacaqlar. Bir çox xəstəliyin səbəbi psixolojidir. Hz. Mehdi (ə.s) insanlarda çox yüksək psixoloji təsəlli yaradacağı üçün, çox yüksək sevinc və bayram havası meydana gətirəcəyi üçün, insanlardakı o psixoloji təzyiq aradan qalxacaq. Buna görə də çox sağlam olacaqlar. Xəstəliklər hz. Mehdi (ə.s)-ın dövründə aradan qalxacaq. Cəmiyyətdəki ümumi psixoloji rahatlıq insanların bədənlərinə də əks olunacaq.