Yusif surəsi 12-ci surədir və 12-ci imam Hz. Mehdiyə çox işarələr vardır. Yusif surəsi, 87: ““Oğullarım, gedin Yusif ilə qardaşından”, yəni əsrimizə işarə edən tərəfi ilə, Mehdi (ə.s) və hz. İsa (ə.s)-dan, “bir xəbər gətirin və Allahın rəhmətindən ümid kəsməyin”. Yəni “onlar çıxmayacaq, onlar zühur etməyəcək, İslam əxlaqı dünyaya hakim olmayacaq” deməyin. Axırzamana işarə edən şəkliylə izah edirəm. Allah “çünki kafirlər birliyindən başqası Allahın rəhmətindən ümid kəsməz” deyir.
Bəziləri deyir, “Olmaz, bu əsr də, bitdi. Mehdi (ə.s) də çıxmaz, İsa (ə.s) da gəlməz, heç bir şey olmaz” deyir. Allah deyir ki; “Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlər birliyindən başqası, Allahın rəhmətindən ümid kəsməz” deyir.
Onlar dedilər: “Doğrudan da, sən Yusifsənmi?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır… (Yusif surəsi, 90)
Hz. Mehdi (ə.s) özünü tanıdır, ““Mən Yusifəm, bu da qardaşımdır”. “Onlar: “Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə, əlbəttə, xəta etmişik!” – dedilər. (Yusif surəsi, 91)”. Bunu, Mehdi (ə.s)-a da bunu deyəcəklər. “Allaha and olsun, heyrətvericidir” deyəcəklər. “Allah səni, həqiqətən, bizdən üstün etmişdir və biz də həqiqətən, səhvə yol verənlər idik”. “Səhv etdik” deyəcəklər. “Mehdi (ə.s) çıxmayacaq” deyəcəklər. “İsa (ə.s) çıxmayacaq, İslam əxlaqı dünyaya hakim olmayacaq” deyənlər, nə deyəcəklər? “Biz də həqiqətən, səhvə yol verənlər idik” deyəcəklər.
“Dedi ki: “Bu gün sizə qarşı sorğulama, qınama yoxdur”“. “Cahillik etmisiniz” deyəcək. “Sizi Allah bağışlasın. O, mərhəmətlilərin (ən) mərhəmətlisidir” Allah deyir. Ayədə hz. Yusif (ə.s)-ın dili ilə belə ifadə edir. 93-də; “Bu köynəyimlə gedin, atamın üzünə sürtün. Gözü (yenə) görər hala gələr. Bütün ailənizi də mənə gətirin”. Sevinc insanın gözünü gözəlləşdirər, sağlamlığa qovuşdurar. Bir çox xəstəliyin səbəbi kədərdir. Sevinc də bir çox xəstəliyi aradan qaldırar. Quran ona işarə edir.
“Bu köynəyimlə gedin, atamın üzünə sürtün”. “Bu, Yusifin köynəyidir” deyirlər, üzünə sürtürlər. Atası çox sevinir. Gözündə narahatlıq var, bir anda keçir. Sevincindən qısa müddətdə keçir. Allah vəsilə edir. “Gözü (yenə) görər hala gələr. Bütün ailənizi də mənə gətirin. Karvan (Misirdən) ayrılmağa başladığı zaman, ataları dedi ki: “Əgər məni ağlını itirmiş saymırsınızsa,” (Peyğəmbərlərdə ağlını itirmə olmaz, Quran buna işarə edir) “inanın Yusifin qoxusunu (burnumda) duyuram.”
Axırzamanda ediləcək bir hadisədir, texnologiyanın inkişafını Quran bu şəkildə açıqlayır. Qoxu nəqli olacaq. Yəni televiziya kimi məsələn; televizorda gül göstərdiyi zaman, gül qoxusu gələcək. Çünki beyinə gedən elektrik dalğalarının, qoxu dalğalarının eynisini əldə edəcəklər. Onu bizim bədənimiz qəbul etdiyində o qoxunu eynisi ilə duyacağıq, inşaAllah. “Allah adına, heyrətvericidir” dedilər. “Sən hələ keçmişdəki səhvindəsən” deyirlər. Atalarını qınamağa başlayırlar. 107-ci ayədə; “İndi bunlar, özlərinə Allahın əzabının gəlməsindən,” çox böyük bir bəla; məsələn bir vulkan partlaması olar, məsələn bir nüvə hücumu ola bilər yaxud bir nüvə partlama ola bilər. Allah “Allahın əzabının,”; hər yeri örtməsi, “gəlməsindən və ya onların heç xəbərləri yox ikən qiyamətin onlara qəfil özlərini əminlikdəmi tapdılar?” deyir. “De ki: “Bu, mənim yolumdur. Bir bəsirət üzrə Allaha dəvət edərəm”.
Bu, Mehdi (ə.s)-ın də bir metodudur. “Mən və mənə uyanlar da. Və Allahı tənzih edərəm, mən müşriklərdən deyiləm”. Yəni “Allaha şirk qoşmaram” deyir. “bir bəsirət üzrə Allaha dəvət edərəm; mən və mənə uyanlar da”. Eyni şəkildə onlar da bir bəsirət üzrə Allaha dəvət edirlər, inşaAllah. “Belə ki elçilər, ümidlərini kəsib, artıq onların həqiqətən, yalanladıqlarını sandıqları,” artıq yalançı hesab olunurlar. Deyirlər; “Mehdi (ə.s) gəlməyəcək, İsa (ə.s) gəlməyəcək”. Ümidini kəsirlər. Deyir ki: “Artıq onların, həqiqətən, yalanladıqlarını sandıqları bir anda onlara köməyimiz gəlmişdir.” “Biz kimi diləsək o xilas olmuşdur. Günahkarlar birliyindən əzabımız qəti olaraq geri çevrilməyəcək”. Yəni pislik edənləri Allah, “mütləq bir bəla ilə cəzalandıracağam” deyir. Allah “ya bir xəstəliklə, ya virusla, ya böhranla, ya əziyyət çəkəcəyi bir şeylə mütləq bir bəla verərəm” deyir. Yəni “rahat gəzə bilməzlər” deyir Allah, inşaAllah…

