“Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilənlər deyilik” İndi dövrümüzdə də bu var. Yəni o dövrdə də olub. Və müsəlman olduğunu iddia edərək böhtan atırlar. “Olduğumuz kənddən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, həqiqətən də, doğru danışırıq”. Halbuki doğru danışmırlar. “Yaqub onlardan üz döndərdi” -deyir. “Ey Yusifə qarşı (artan dözülməz) qəhrim”. Atası hz. Yusifi çox sevirdi. “(Yaqubun) gözləri üzüntüdən (ağardıqca) ağardı və udqunduqca udqunurdu”. Bu doğru əməl deyil. Allah Quranda bunu tənqid edən bir üslubla açıqlayır. Kədərlənmək görmə qabiliyyətini itirməyə səbəb olur. İnsan tamamilə çökər, beyinə təsir etdiyi üçün görmə qabiliyyətinə kimi təsir edir.
“Gözləri üzüntüdən (ağardıqca) ağardı və udqunduqca udqunurdu”. Sinirdən və kədərdən udqunduqca udqunurdu. “(Oğlanları Yaquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da həlaka uğrayanlardan olarsan”. Quran buna işarə edir. “Xəstələnib əldən düşəcək” Demək ki, psixoloji kədər, qorxu bunlar haramdır müsəlman bunu etməyəcək. Bunun nəticəsində xəstəlik olar. Həm xəstəlik olar, həm də həlaka uğrayar hətta ölərsən deyir. “Həlaka uğrayanlardan olarsan”.
“(Yaqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm” Məsələn, necə ki, xəstə olan şikayət edər, kimlərəsə bunu deyər. Elə etmək olmaz. Xəstəlik həkimə deyilər. Müalicə məqsədi ilə deyilər. Yəni həll tapmaq üçün deyilər, bunun xaricində deyilməz. “Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin”. Yusif və qardaşı eyni zamanda Mehdiyə və hz. İsaya işarə edir. Yəni təmsili olaraq ona işarə edir. “Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlər birliyindən başqası Allahın rəhmətindən ümid kəsməz”. İslam bu əsrdə dünyaya hakim olmaz dedinsə nə olar? Ümid kəsmiş olarsan. İslam dünyaya bu əsrdə hakim olmaz dedinsə qarşılığı: “Allahın rəhmətindən ümid kəsməyin çünki kafirlər birliyindən başqası Allahın rəhmətindən ümid kəsməz”. Allah, Mənim rəhmətindən ümid kəsilməz deyir.

