İmam Məhəmməd Baqir (ə.s) buyurdu ki: “BU İŞİN SAHİBİNDƏ (MEHDİDƏ) YUSİFƏ BİR BƏNZƏRLİK VARDIR.” (Numani, Gaybeti Numani, səh. 189)
“Bu işin sahibi” yəni, vəlayətin sahibi deməkdir. Bütün imamlarımız vəlayət sahibidir. Bununla birlikdə adı keçən vəlayətin sahibi yalnız on ikinci imamımız Hz. Mehdi əleyhissalamdır.
“… SONRA HZ. MEHDİ ƏLEYHİSSALAM HZ. YUSİFƏ BƏNZƏYİB və onun xalqı gördüyünü, amma xalqın onu görə bilmədiyini və Hz. Əlinin də buyurduğu kimi göydən səs eşidilənə qədər onun görsənməyəcəyi qətidir.” (Numanı, Gaybeti Numani, səh. 167)
“göydən səs” – dövrümüzdəki süni peyklər vasitəsi ilə, televiziya və internetdən bütün hər kəsin görməsidir.
“Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər”. (Yusuf Surəsi, 4)
Hz. Yusif yuxusunda Ulduz, Günəş və Ayı ona səcdə edərkən görmüş, sonrakı illərdə də Allah Hz. Yusifi Misirdə idarəçi etmişdir. Bu vəziyyət Hz. Mehdinin həyatına dair çox əhəmiyyətli işarələri ehtiva edir. Bildiyimiz kimi İslam ölkələrinin bayraqlarında Ulduz, Günəş və Ay emblemləri var. Hz. Yusif ilə əlaqədar bu ayələrin işarəsindən İslam ölkələrinin Hz. Mehdinin mənəvi liderliyi altında toplanıb birlik olacaqları, Hz. Mehdinin də bu şəkildə bütün Müsəlmanların mənəvi lideri olacağı aydın olur.

