Ayə izahı: Yusif surəsi, 108

Yusif surəsi 105-ci ayə; “Göylərdə və yerdə nə qədər dəlillər vardır ki, üzərindən keçərlər

Yusif surəsi 105-ci ayə; “Göylərdə və yerdə nə qədər dəlillər vardır ki, üzərindən keçərlər, ona arxalarını dönüb gedərlər”. Göylərdə Allah nə yaratdısa, bütün ehtişamı, hər şeyi biz araşdırmaqla və öyrənməklə mükəlləfik. “Yerdə nə qədər ayələr vardır”, dəlillər, Allahın hökmləri, Allahın göstərdiyi gözəlliklər, sənətlər, hər cür. “Ki üzərindən keçərlər”, “maraqlanmazlar, elmlə, texnologiyayla baxmazlar” deyir, Allah. “Ona arxalarını dönüb gedərlər”, arxasını dönüb gedir adam. “Ehtiyac yoxdur” deyir.

“Onların çoxu Allaha iman etməzlər, ancaq şirk qoşarlar”. “İndi onlar, özlərinə Allahın əzabının gəlməsindən”, bir iqtisadi böhran ola bilər, zəlzələ ola bilər. “Və ya onların heç xəbərləri yox ikən qiyamətin onlara qəfildən gəlməsindən özlərini etibardamı tapdılar?” “De ki: “Bu, mənim yolumdur. Bir bəsirət üzrə Allaha dəvət edirəm’“, əbcədi 2004-dür. Birbaşa hz. Mehdi (ə.s)-a baxır, inşaAllah. “De ki: “Bu, mənim yolumdur. Bir bəsirət üzrə Allaha dəvət edirəm” “Təbliğ edirəm” deyir.

Allah Quranın bir çox ayəsində azğınlaşmış insanları doğru yola yönəltmək, onları təmizləmək və onlara ayələrini öyrətmək üçün elçilərini göndərdiyini bildirir. Peyğəmbərimiz (s) Allahın ona verdiyi bu məsuliyyəti böyük səbir, şövq və qətiyyətlə həyatı boyu davam etdirmişdir. Vəfatına çox yaxın bir zamanda Vida Xütbəsində belə müsəlmanları öyrətməyə və onlara öyüd-nəsihət verməyə davam etmişdir.

“Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik” (Bəqərə surəsi, 151)

“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir elçi göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.” (Ali İmran surəsi, 164)