Ayə izahı: Yunus surəsi, 44

Bu ayədə Allahın rəhmət olaraq göstərdiyi yoldan üz çevirən, ya da bu yola lazım olduğu kimi

Bu ayədə Allahın rəhmət olaraq göstərdiyi yoldan üz çevirən, ya da bu yola lazım olduğu kimi tabe olmayan insanların yaşadıqları mənfi hadisələri öz səyləri ilə əldə etdikləri bildirilir. Yunus surəsindəki bu ayə insanların bu vəziyyətini açıq şəkildə ortaya qoyur.

Din əxlaqından üz çevirən bəzi insanlar Allahı unudub (Allahı tənzih edirəm) xoşbəxt olmağın yollarını axtararlar. Halbuki, xoşbəxt olmağın yolu əslində son dərəcə asandır. Allah endirdiyi haqq kitab Quran ilə insanlara xoşbəxt ola bilməyin sirrini bildirmişdir. İnsan ancaq öz yaradılışına Allahın özü üçün təyin etdiyi fitrətinə uyğun şəkildə davrandığı təqdirdə gözəl həyat yaşaya bilər. Allahın rəhmət olaraq göstərdiyi bu yoldan üz çevirən, ya da bu yola gərəyi kimi tabe olmayan insanlar, öz əlləri ilə özlərinə bədbəxt bir dünya yaradarlar. Qısaca, bu insanlar özlərinə zülm edərlər.

Məsələn, romantiklik, əslində zənn edildiyi kimi insanın doğuşdan sahib olduğu, ya da tərk edə bilməyəcəyi bir xarakter xüsusiyyəti deyil. Çəkinməli olduğumuz bu ruh halı, insanın şüurlu ya da şüursuz təlqinlə əldə etdiyi bir yöndür. Bu səbəbdən duyğulara qapılmanın; ağlamağın, kədərlənmək, hirslənmənin iradələri xaricində olduğunu, buna qarşı çıxa bilmədiklərini iddia edənlər də səmimi düşünəndə bunun keçərli olmadığını görəcəklər. Məsələn, ağlayan, kədərli bir adama böyük məbləğdə pul təklif ediləndə, ya da ciddi bir başqa mənfəət təqdim edəndə bu adamın birdən-birə sevinə bilməsi, istədiyi təqdirdə bu ruh halından asanlıqla çıxa bilməsinin ən dəqiq göstəricisidir. O zaman insanın xüsusi olaraq əldə etdiyi bu romantik hal, həm ətrafına qarşı vicdansız rəftar, həm də Allahın Quranda xəbər verdiyi kimi insanın özünə zülm etməsidir. Bu özünə zülm etmək səhvindən xilas olmaq isə ancaq Allaha qarşı mütləq bir səmimiyyət və dərin imanı yaşamaqla mümkündür.