Yunis surəsi, 62-ci ayə. “Xəbəriniz olsun;” “sizə bildirirəm” deyir Allah. “Allahın vəliləri,” yəni Allahın qoruduğu yaxşı insanlar, “onlar üçün qorxu yoxdur,” dünyada da qorxu yox, axirətdə də qorxu yox; bir tək Allahdan qorxurlar, “kədərli də olmayacaqlar.” “Kədər, əzab, sıxıntı çəkməyəcəklər” deyir Allah. “Onlar iman edənlər və (Allahdan) çəkinənlərdir.” İman edir və halala-harama diqqət yetirir. İslama, Qurana uyğun hərəkət edir.
“Müjdə, dünya həyatında və axirətdə onlarındır.” Dünya həyatında müjdə nədir? İslamın dünyaya hakimiyyəti, hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s)-ın zühuru. Nur surəsinin 55-ci ayəsində Allah açıqca dünya hakimiyyətinin olacağını deyir. “Məhz böyük “qurtuluş və xoşbəxtlik” budur.” Deməli, müsəlmanların həqiqi qurtuluşu İslam Birliyidir. Arxasından da “xoşbəxtlik” deyir. Hər yerə sevgi, sülh hakim olsa, xoşbəxtlik niyə olmasınAllahın razılığını qazanmağa çalışdığımızda xoşbəxt oluruq.
“Onların sözləri səni üzməsin.” Boşboğaz, boş-boş danışar, əleyhinə sözlər danışar, böhtan atar, təhqir edər. Kədərlənsən harama girmiş olarsan. Allah da deyir “Onların sözləri səni üzməsin.” Tövsiyə deyil, möhkəm hökmdür. “Şübhəsiz, “izzət və gücün” hamısı Allahındır.” Bütün izzət Allaha aiddir. Bəziləri, “mən çox güclüyəm” deyir; güclü olan sən deyilsən, Allahdır. Gücü Allah verər. “Gücün hamısı Allahındır. O, eşidəndir, biləndir.” Biləndir; bizləri danışdıran da Allahdır, “hamısını da Mən bilərəm” deyir Allah. “Allahdan başqasına tapınanlar belə, şirk qoşduqları varlıqlara və güclərə (həqiqətdə) uymazlar” deyir Allah. “Heç birinə uymazlar” deyir. “Onlar yalnız bir zənnə uyarlar və onlar ancaq “zənn və təxmin ilə yalan danışırlar.” “Xurafatlarla, mövhumatçılıq edib, fırıldaqçılıq, saxtakarlıq edirlər” deyir Allah. Zənn, Quran ayəsi olmayan uydurma hökm deməkdir. Xurafatçıların ümumi xüsusiyyəti, yalançı olmalarıdır. Uydurar, yalan danışar.

