Ayə izahı: Yasin surəsi, 60

Allah ayədə insanların şeytana qulluq etməməsini əmr etmiş, şeytanın açıq düşmən olduğunu

Allah ayədə insanların şeytana qulluq etməməsini əmr etmiş, şeytanın açıq düşmən olduğunu insanlara xəbərdar etmişdir. Şeytan insanın yaradıldığı gündən bəri heç dəyişməyən, ən təhlükəli düşmənidir. Şeytanın məqsədi insanları Allahın rizasından, sevgisindən, Qurandan uzaqlaşdırmaq, insanları qızışdıraraq aralarını vurmaq, qısası, özünə bacardığı qədər bənzədərək onları çaşdırıb doğru yoldan azdırmaqdır.

Şeytanı təhlükəli edən şey insanları Allah yolundan azdırmaq istəyindəki qərarlılığı və bunun üçün and içməsidir. Bunun üçün əlindən gələn hər cəhdi edərək, hər yolu sınayır. Şeytanın digər təhlükəli tərəfi isə bütün bunları edərkən çox hiyləgər hərəkət etməsidir. Şeytan hər insanın nöqsan və zəifliyindən istifadə edərək hər kəsə fərqli formada yanaşır. Hər insan üçün fərqli bir üsulu vardır. Şeytan bütün fəaliyyətlərini insanlara hiyləgərcəsinə fısıldadığı vəsvəsələrlə həyata keçirir. Onları şübhəyə, boş xülyalara salır və boş işlərlə məşğul etdirərək zamanlarını alır. Şeytan insanları aldatmaq üçün daima zərər, ziyan, pislik və itki verməyə çalışaraq dayanmadan cəhd göstərməyə davam edəcək.

Şeytan verdiyi vəsvəsələrlə insanları aldadır və onları böyük sıxıntılara salır. Ona ibadət edən insanları, verdiyi hüzursuzluqlarla Allahdan və Onun ayələrindən həmişə uzaqlaşdırır və onları Allaha üsyan edən insanlara çevirir.

Əlbəttə şeytanın Allahdan ayrı, müstəqil gücü yoxdur. Şeytanı da Allah yaratmışdır və ancaq Allah dilədiyi üçün insanlara düşmən olmuşdur. Allah diləmədikcə də insanlar üzərində müstəqil gücü ola bilməz. Allahın “Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir” (Nisa surəsi, 76) ayəsi ilə bildirdiyi kimi, şeytanın hiyləsi möminlər üçün çox zəifdir. Allah şeytanı da möminlər üçün imtahan vəsiləsi olaraq yaratmışdır. Ona tabe olanlar doğru yoldan uzaqlaşacaq, vicdanlarının səsinə tabe olaraq Allahın rizasına uyğun hərəkət edənlər isə xilas olacaqlar.