Yasin surəsi, 2-ci ayəsi, “And olsun hikmətli Qurana!” Yəni, hikmət dolu Qurana. “Həqiqətən, sən göndərilmiş elçilərdənsən,” ayə Peyğəmbərimizə (s) xitab edir. İkinci mənası Mehdi (ə.s)-a baxır. Mehdi (ə.s) da göndərilən elçilərdəndir, inşaAllah. “Doğru yoldasan”. Peyğəmbərimiz (s) də doğru yoldadır. Mehdi (ə.s) da doğru yoldadır. “Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki,” “Allahın endirdiyi bir kitabdır” -deyir. “ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən”. Həm Peyğəmbərimiz (s)-in dövrünə baxır, həm Axırzamana baxır. Çünki, “ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən”. Həqiqətən indiki cəmiyyətdə dini məlumat çox zəifdir. Ölkəmizdə də dini məlumat çox azdır. Yəni, Quran haqqında məlumatları azdır. Atalarının da məlumatı az olur, özlərinin də az olur.
“Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirməzlər”. Yəni izah etsən də inanmazlar deyir Allah. “Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır”. Yəni təkəbbürlü, özünü bəyənən, ağlı donmuş, başı işləməyən, amma özündən razı. Bir metr uzağını belə görə bilməyən, amma hər şeyi bildiyini zənn edən bir nəsildən bəhs edir, Quran. Allah deyir ki, “Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər”. Yəni, izah etsən də başa düşməzlər ayədə deyir, Allah. İndi cəhalətdədirlər və dar düşünürlər. Onların görmələrinə maneə törədən çox örtü var. Əyləncə, əyyaşlıq və s.
“Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər. Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ”. Ancaq Allahdan qorxanı xəbərdar edə bilərsən deyir Allah. Allahdan qorxmayan təsirlənməz deyir. Həqiqətən, dünyada çox vəhşi bir nəsil meydana gəldi. Dəccal bu təlimi verdi.

