“Onlara Rəhman (olan Allah) dan yeni bir xəbərdarlıq gəlsə, heç müzakirəsiz ondan üz çevirərlər.” Nə zaman xəbərdarlıq gəlirsə, üz çevirirlər, qəbul etmirlər. “Həqiqətən, yalanladılar; lakin lağ mövzusu etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir.” Deyirlər; “Hz. İsa Məsih (ə.s) gəlməyəcək, hz. Mehdi (ə.s) gəlməyəcək,” Baxın, Allah nə deyir; “lağ mövzusu etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir.” inşaAllah.
“Hanı sənin Rəbbin, Musaya səslənmişdi: “Zülm etməkdə olan qövmə get.” O dövrün Mehdisi hz. Musa (ə.s)-dır. “Zülm etməkdə olan qövmə get;” yəni dəccaliyyətin hakim olduğu qövmə get. “Fironun qövmünə.” Yəni o dövrün dəccalının qövmünə. “Hələ çəkinmirlərmi?” deyir Allah. “Dedi ki: “Rəbbim, həqiqətən mən, onların məni yalanlamalarından qorxuram. Sinəm sıxılır, dilim dönmür.” Sinəsi sıxılır, yəni böyük ehtimal taxikardiyadır. Ürək döyüntüsü çox yüksəlir, böyük ehtimalla təzyiqi də yüksəlir. Onun üçün “sinəm sıxılır” deyir. “Dilim dönmür” deyir; həddindən artıq həyəcanlananda danışıq bəzən tutular insanda, şiddətli həyəcanlananda danışıq gücünü insan itirə bilər. Bu xüsusiyyət hz. Mehdi (ə.s)-da da var.
“Bundan ötrü Haruna da (elçilik vəzifəsini bildirməsi üçün Cəbrayılı) göndər.” “Onu da yanımda göndər” deyir Allaha. Çünki dili tutulanda, həyəcandan danışa bilmədiyində onu araya salacaq, yəni onun danışmasını istəyəcək. Çünki dili tutulub danışa bilmədikdə danışacaq kimsə qalmır. Amma yanında biri olsa, dili tutulduğunda, o adam danışığa davam edər, inşaAllah. “Üstəlik, onların mənə qarşı (iddiasını müdafiə edəcəkləri bir cinayət) günahı(m) var; buna görə məni öldürmələrindən qorxuram.” Qorxusunun səbəblərindən birini deyir.
“(Firon) Dedi ki: “Şübhəsiz, sizə göndərilmiş olan elçiniz, həqiqətən, bir dəlidir.” Oradakı qövmə, hz. Musa (ə.s)-ın qövmünə, yoldaşlarına, hz. Musa (ə.s)-dan ayırmaq üçün, hz. Musa (ə.s)-ın birliyini, camaatını parçalamaq üçün o dövrün dərin dövləti, o dövrün küfr dövləti, o dövrün Mehdisini dəli elan edir ki, insanlar uzaqlaşsınlar. Dəliyə inanmaq olmaz axı, haşa, hz. Musa (ə.s)-ı da dəliliklə ittiham edərək ondan uzaqlaşacaqlarını, danışıqlarının məntiqsiz olduğunu Firon vurğulamağa çalışır.
“(Firon) dedi ki: “And olsun, məndən başqa bir ilaha inanacaq olsan, səni mütləq həbs edəcəyəm.” Dəccaliyyət, o dövrün Mehdisini susdurmaq üçün mütləq bir maneə yaratmağa çalışır, bir metoddur. Dəlilik böhtanı atır, olmur; onunla baş edə bilmir. “O zaman həbs edək” deyir. Mehdiləri həmişə susdurmaq və dayandırmaq üçün, həbs üsul olaraq göstərilmişdir. Çünki camaatından ayrılsa, Mehdi camaatının dağılacağına inanarlar. Hz. Musa (ə.s) da əgər həbs edilərsə, camaatının dağılacağına inanırlar, yəni müsəlmanların dağılacağına inanırlar, gücsüzləşdirmək üçün belə bir fikir yaradırlar.
“Səni mütləq həbs edəcəyəm . (Musa) Dedi ki: “Sənə açıq-aşkar bir şey gətirmiş olsam da mı?” “Dəqiq dəlillər gətirəcəyəm” deyir. Açıq-aşkar dəlil. O dövrün Mehdisi, hz. Musa (ə.s) dəlillə danışır. “(Firon) Dedi ki:” o dövrün dəccalı dedi ki; “Əgər doğru sözlüsənsə, onu gətir.” “Görək dəlilini” deyir. “Bunun üzərinə əsasını buraxdı, bir də (nə görsünlər) o, açıq şəkildə bir əjdaha oldu.” Taxtadan, quru taxtadan nə olur? İlan meydana gəlir, bir anda. İlk nəyi isbat edir hz. Musa (ə.s)? Yaradılışı isbat edir. Çünki onlar o zaman təkamül nəzəriyyəsini müdafiə edirlər, materialist və darvinist düşüncəni müdafiə edirlər, “Nilin palçığından yarandı” deyir. Hz. Musa (ə.s) da deyir ki; “hər şeyi Allah yaratmışdır, Nilin palçığından deyil” deyir. “O zaman bizə bir isbat göstər” deyirlər. O da yaradılışı isbat etmək üçün əlindəki taxtanı atır, əsanı; quru taxta dərhal ilana çevrilir. Dərhal yaradılışı isbat etmiş olur bunu etməklə, yəni təkamülün olmadığını, Allahın ani yaratdığını göstərmiş olur.
“Açıq şəkildə bir əjdaha oldu. Əlini də çəkib çıxardı, bir də (nə görsün) o, baxanlar üçün “parlayıb aydınlanmışdır”. Əlini sinəsinin içinə salır, çıxardıqda dümağ olur əlləri. Masonlar da bu Quran ayəsinə və Tövrata istinad edərək, sağ əllərini sinələrinin içinə salarlar bu şəkildə və ağ əlcək geyərlər, o ayənin mənasını vurğulayacaq şəkildə, Tövratda da vardır eyni hökm. Oradan qalma bir ənənə və inanc olaraq ağ əlcək geyinərlər və mason işarəsidir sağ əlin ürək tərəfinə bu şəkildə salınması. Bir-birlərini tanımaqda da istifadə edərlər masonlar, əllərini ürəklərinin üzərinə qoyaraq.
“(Firon,) Ətrafındakı qabaqcıllara: “Bu” dedi, “Doğrusu bilikli bir cadugərdir.” Bu dəfə də, baş edə bilməyincə cadugərə çevirir, daima şəkil dəyişdirir. Əvvəl “dəli” deyir, sonra həbsdən bəhs edir, sonra “cadugər” deyir. “Amma çox bilən bir cadugər” deyir, “cadu etdi” deyir. “Cadusuyla sizi yurdunuzdan sürüb çıxarmaq istəyir; nə buyurarsınız?” Baxın, bu dəfə də milliyyətçi duyğularından istifadə edərək, vətən xainliyi ilə ittiham edərək günahın əhatəsini cəza maddələrinin ən ağırına çevirməyə çalışır. Çünki əvvəl bir dəlilik deyir, dəliliyin hökmü yüngül olar onlar üçün. Cadugərlik deyir, onun da hökmü yüngüldür. Nə etsin həbs edilmək üçün, yaxud öldürə bilmək üçün, vətən xainliyi lazımdır. Ağır, dövlətə qarşı işlənmiş bir cinayətə çevirməyə çalışır, siyasi cinayətə çevirməyə çalışır. O dövrün qanun maddəsinin siyasi cinayətlərə işarə edərək oradan bir nəticə almağa çalışır.
“Beləliklə cadugərlər, bilinən bir günün müəyyən vaxtında bir araya gətirildi.” Bir bayram günü bir araya gətirilirlər, səhər erkən. Baxın, “Bilinən bir günün müəyyən vaxtında bir araya gətirildi.” Hamısı, toplu şəkildə. “Və insanlara da: “Siz də toplanırsınızmı?” deyildi.” Oradakı insanları da yığırlar, xalqı. Oradakı saxtakar elm adamlarını yığmışlar, xalqı da bir yerə toplayarlar. “Ümid edirik ki, əgər qalib gəlsə, biz də cadugərlərə uyarıq.” Xalq yenə tərəddüdə düşmüşdür, “qalib gəlsələr, cadugərlərə uyacağıq” deyirlər. “Sənin dediyini qəbul edəcəyik” deyirlər firona, “səndən yana olacağıq” deyirlər.
“Cadugərlər gəldiklərində, Firona: “Əgər biz qalib gəlsək, bizə bir ödəniş var həqiqətən, deyilmi?” dedilər.” Çünki saxtakar olduqları üçün puldan başqa bir şey düşünmürlər. Allah rizası yoxdur onlarda, tək anladığı şey puldur; kapitalist zehniyyət olduğu üçün, o dövrdə də var. “Üstəlik şübhəsiz, siz ən yaxın(larım)dan olacaqsınız.” “Sizə ictimai dəstək də verəcəyəm” deyir. Pul da verəcəyəm, ictimai dəstək də verəcəyəm” deyir.

