Tövbə surəsi, 91-ci ayə. “Allaha və elçisinə qarşı “qəlbən bağlı qalıb xeyirə çağıranlar” olduqları müddətcə,” Allaha və Peyğəmbərə qəlbən bağlı qalıb,” bağlı qalmaq deyil; qəlbən, candan bağlı qalıb, “xeyirə çağıranlar,” xeyir gözəl olan hər şeydir; sülh, gözəllik, sağlamlıq, bağışlayıcılıq, dostluq. “…olduqları müddətcə gücsüz zəiflərə, xəstələrə və infaq etmək üçün bir şey tapa bilməyənlərə bir məsuliyyət yoxdur.” Gücsüzdürsə, zəifdirsə, xəstədirsə, infaq etmək üçün bir şey tapa bilmirsə, məsul deyil. Günah yoxdur. “Yaxşılıq edənlərin əleyhində də bir yol yoxdur. Allah, bağışlayandır, əsirgəyəndir.” Yaxşılıq edənlərə hər yerdə rahatlıq var. Dünyada da rahatlıq var, ölərkən də rahatlıq var. Bəziləri qorxur ki, “Ölərkən, ya vəsvəsəyə düşsəm” deyir, möminə heç bir şey olmaz. Daima Allahın köməyi vardır. Allah insanlara güc çatdıra bilməyəcəyi bir şey yükləməyəcəyini demişdir. Mömin heç bir zaman güc çatdıra bilməyəcəyim bir şeylə qarşılaşmaz. Mütləq insanın rahat keçə biləcəyi maneəələr olur, inşaAllah. Amma təvəkkül etmək əsas şərtdir, inşaAllah.
Ayə izahı: Tövbə surəsi, 91

