Bu ayədə Allah bütün möminlərin bir-birlərinin dostu və köməkçisi olduğunu, qadın və kişi bütün möminlərin yaxşılığı əmr etmək və pislikdən çəkindirmək vəzifəsinin olduğu bildirilir.
İman edənlərin ən əhəmiyyətli ibadətlərindən biri təbliğdir. Yəni insanları doğru yola çağırmaq, yaxşılığı tövsiyə edib pislikdən çəkindirmək, onları Quran əxlaqına dəvət etməkdir. Bu ibadət, möminlərin gündəlik həyatının ayrılmaz parçasıdır. Möminlər, sözləri və davranışları ilə həyatının hər anında Allahın bildirdiyi din əxlaqını bir-birlərinə və digər insanlara izah etməklə və İslam əxlaqını təmsil etməklə öhdəlik daşıyırlar. Ayənin davamında möminlərin Allahın əmr etdiyi namaz, zəkat kimi ibadətləri yerinə yetirməklə yanaşı, Allaha və elçilərə itaət etməyin əhəmiyyətinə də diqqət çəkilir.
İman sahibi insanın ən diqqətə çarpan xüsusiyyətlərindən biri ibadətlərinə qarşı çox diqqətli olmasıdır. Möminlər Allahın əmr etdiyi namaz, oruc, zəkat kimi ibadətlərini həyatı boyunca şövqlə davam etdirir. Məsələn, 3 vaxt namaz, 5 vaxt təsbihat (zikir) möminlərə həyatı boyunca edilməsi əmr edilən, vaxtları təyin olunmuş ibadətdir. Bu ibadət möminin şüurunu və iradəsini canlı tutur, daima Allaha yönəlməsini təmin edir və Rəbbimizin əmrləri istiqamətində həyatını davam etdirməsinə kömək olur.
Allah bu ayədə həmçinin möminlərə rəhmət edəcəyini vəd edir. Möminlər daima Allaha güvənən, hər zaman Onu razı etməyi düşünən, ibadətlərini yerinə yetirən və Quran əxlaqından əsla güzəştə getməyən insanlardır. Bu səbəbdən Allahın sonsuz rəhməti, lütfü, qoruması və sevgisi həmişə onların üzərindədir. Bütün qüsurlardan uzaq olan Allahın sonsuz rəhmətinin və sevgisinin həmişə öz üzərində olduğunu bilmək, Allahın Cənnəti ilə mükafatlandırılmağı ümid etmək isə möminə fərəh və sevinc verir.

