Tövbə surəsi, 23-cü ayə. “Ey iman edənlər, əgər imana qarşı inkarı sevib-seçdilərsə”, imanın əleyhinə inkar. Quranı inkar etmək, İslamı inkar etmək, materializmi müdafiə etmək, kommunist düşüncəni müdafiə etmək, belə bir vəziyyət varsa. “Atalarınızı və bacı-qardaşlarınızı vəlilər etməyin”, o zaman onları qorumaqla mükəlləf olmazsınız, deyir Allah, yaxın olmaqla mükəlləf olmazsınız. “Sizdən kim onları vəli etsə, bunlar zülm edən kəslərdir”, Allah bunu zülm olaraq görür. Əgər bağlılıq göstərsə, sədaqət göstərsə, zülm olaraq göstərir. Allah uzaq dayanmaları lazım olduğunu söyləyir.
“De ki: “Əgər atalarınız, uşaqlarınız”, insanların ən çox güvəndikləri atalarıdır, atalarını iqtisadi qaynaq olaraq da görərlər. “Uşaqlarınız, bacı-qardaşlarınız, həyat yoldaşlarınız, tayfanız, qazandığınız mallar, az qazanc gətirəcəyindən qorxduğunuz ticarət və xoşunuza gələn evlər, sizlərə Allahdan, Onun Rəsulundan və Onun yolunda cəhd etməkdən” (əmri bil mahruf nəhyi anil münkər)”, “daha sevimlidirsə”, yəni onları seçirsinizsə. “Artıq Allahın əmri gələnə qədər gözləyin” ölüm gələnə qədər gözləyin deyir, o zaman da necə qarşılıq alacağınızı görəcəksiniz” deyir Allah. “Allah fasiqlər birliyinə hidayət verməz”. “Fisq içində olsanız, hidayət vermərəm” deyir, Allah. “Ticarətə görə İslamı yaymaqdan imtina etməyəcəksiniz. Mal qazanacağam deyə, İslamiyyətdən imtina etməyəcəksiniz” deyir. “Evlərdə oturmaq üçün, xoşunuza gələn evə görə, ev ala bilmək üçün, yaxşı bir evə sahib olma məqsədiylə müsəlmanlıqdan, İslamı yaymaqdan, mehdiyyətdən imtina etməyəcəksiniz” deyir, Allah. “Atalarınıza görə, uşaqlarınıza görə, qardaşlarınıza görə onlardan imtina etməyəcəksiniz. Yaxın dost-tanışlarınıza görə də imtina etməyəcəksiniz. Bunu etsəniz, həlak edərəm sizi” deyir, Allah. Bir əvvəlki ayədə də o cür insanları tərk etməyi deyir, Allah. Atası, anası, qohumu, ailəsindən hər hansı bir üzvü, dayısı, əmisi kim olursa olsun. İslamı, Quranı yaymaqda, mehdiyyətə kömək etməkdə müsəlmana maneə törədirsə, bunun tərk edilməli olduğunu, bu quruluşun tərk edilməli olduğunu aydın, açıq möhkəm ayə ilə Allah əmr edir. Əksini etmək haramdır. Çünki 23 və 24-cü ayə heç bir şəkildə başqa cür də şərh olunmağa da açıq deyil. Çünki çox səhih, möhkəm olaraq açıqlanmışdır. Möhkəm ayədə ikinci bir açıqlama olmaz.

