Tövbə surəsi, 107-ci ayə. (Münafiqlərin arasında möminlərə) zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və elçisinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və: “Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” – deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər.
“Zərər vermək”, münafiqin əsil məqsədi “Zərər vermək, inkarı gücləndirmək”, münafiq, möminlərin imansız olmasını istəyər, həm birliklə yaşamasını istəyər, çünki onlara fitnə çıxarmaq üçün ehtiyacı var, həm də inkar etmələrini istəyir. “Möminlərin arasını vurmaq”, münafiq bütün günü bununla məşğul olar. Möminlərin arasını vurmaqla məşğuldur. “əvvəllər Allaha və elçisinə qarşı vuruşanları hazırlamaq”, yəni hər hansı bir şeyi xəbər verər, müsəlmanlara hücum edilməsini gözləyər. Şahidlik edər, oyun oynayar, saxta xəbər yayar. Münafiqin xüsusiyyətidir, “məscid quranlar”, yəni bir birlik meydana gətirirlər. Mütləq bir məscid qurarlar, birlik (camaat) meydana gətirirlər, yəni münafiqlər bir-birlərindən ayrılmazlar.
“Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” – deyə and içənlər”, soruşanda da deyərlər ki; “yaxşılıq məqsədi ilə edirik, ən ağıllı bizik, ən yaxşı bizik, ən düz yolda olan bizik”. Münafiqlər istədikləri qəlibə girə bilməkdə çox məharətlidirlər. İstədikləri anda, şəxsiyyətini əvvəlkinə tamamilə zidd şəkildə dəyişdirmiş kimi göstərə biləcək “şeytani zəka və iradəyə” sahibdirlər.
Şərtlər tələb etdikdə; özlərini “günahsız göstərmək” üçün dərhal təqvalı müsəlmana bənzər hərəkətlər edərlər. Həqiqətən də görənlərin, əleyhinə düşünə bilməyəcəkləri qədər mükəmməl təfərrüatlarla, çox yaxşı niyyətli, səmimi, dürüst, Allah rizası üçün səy göstərən, müsəlmanların tərəfində dayanan insan görünüşü verə bilərlər. Əslində isə olduqca alçaq, hiyləgər, ədabaz, lovğa, qürurlu, söz altında qalmayan, davakar, yalançı, böhtan atan, müsəlmanları narahat etməyə çalışan, onların faydalı fəaliyyətlərinə əngəl törətməyə çalışarlar.

