Taha surəsi, 90-cı ayə, “And olsun, Harun bundan əvvəl onlara: “Ey qövmüm, həqiqətən siz bununla fitnəyə salındınız (sınandınız)” Harun (ə.s) deyir. “Sizin əsil Rəbbiniz Rəhman (olan Allah)dır; bu halda mənə uyun və əmrimə itaət edin” demişdi. Demişlərdi ki: “Musa bizə geri gələnə qədər ona (buzov) qarşı əyilməkdən qəti olaraq ayrılmayacağıq.” Yəni bu qlobal inanclar, qlobal xurafatçı inanclar, insanların yaratdığı inanclar, “biz bunlara bağlı olacağıq” deyirlər. Hz. Musa (ə.s) qardaşına deyir ki ; “Niyə mənə itaət etmədin, əmrimə qarşı gəldin?”, “Dedi ki: “Ey anamın oğlu, saqqalımı və saçımı tutub-yolma.” Buradan anlayırıq ki, Harun (ə.s)-ın saqqalı və saçı uzun idi. Saqqallı və uzun saçlı olduğu aydın olur. “Mən, sənin: “İsrailoğulları arasında ayrılıq çıxardın” İsrailoğulları, O zamanın müsəlmanlarıdır. Ayrılıq çıxarmasına qarşı çox diqqətlidir. “Sözümə əhəmiyyət vermədin” deməyindən qorxdum.”
“Sənin məqsədin nədir, ey Samiri?” “Dedi ki: “Mən onların görmədiklərini gördüm.” Baxın, təkəbbürlük edir. müsəlmanların görmədiklərini gördüm deyir. “Beləcə, elçinin izindən bir ovuc götürüb atdım; beləliklə, mənə bunu nəfsim xoş (bir şey) göstərdi.” Yəni Allahın hökmünü dəyişdirir. “Dedi ki: “Çıx get, artıq sənin həyatda (layiq olduğun cəza: “Mənə toxunulmasın”) deməyindir.” Və şübhəsiz, sənin üçün özündən əsla qaça bilməyəcəyin (əzab dolu) bir görüş zamanı vardır. Qarşısında əyildiyin ilahına bir bax;” büt, yəni indinin darvinizmi, materializmi. “Biz onu mütləq yandıracağıq, sonra dağıdıb dənizə sovuracağıq.” Qızılın da toz halına gətirilməsi ayrı bir elmdir. O, xüsusi bir elmdir, inşaAllah. Buna manna deyirlər, daha sonra bu barədə ayrıca paylaşım edəcəyəm, inşaAllah.

