Münafiqlər daima fitnə və qarışıqlıq üçün uyğun şəraitlər axtarır. Burada da səhv yola düşməyə meylli olan bir xalq üçün ən uyğun şərait Hz. Musanın aralarında olmadığı zamandır. Samiri də belə bir şəraitdə ortaya çıxmışdı. Bu insanlar əvvəllər də bütə sitayiş etməyə meylli idilər. Hz. Musadan özü üçün belə bir büt düzəltməsini istəyən xalqın bu zəifliyini də Samiri bilir. O, onların istəyi olan və yollarından azdıracaq bir üsul tapmışdır. Bundan istifadə edərək onların sevəcəyi buzovun heykəlini düzəltmişdir. Bu heykəlin doğru olduğunu göstərmək üçün iddia edirdi ki, heykəl guya Hz. Musanın da ilahıdır və Hz. Musa onu guya unudub.
Firon və əsgərləri gəldikdə Hz. Musa təkbaşına dəniz kənarında Allaha olan imanına dayanaraq xalqına necə hidayətlə yol göstərmişdisə, Samiri də burada təkbaşına eyni xalqa azğınlıqla səhv yol göstərmişdi. Burada imanlı bir insanın cəmiyyətə nə qədər xeyirli təsirinin ola biləcəyini, həmçinin bir münafiqin də nə qədər zərər verə biləcəyini görürük.
Əslində Hz. Harun xalqına nəsihətlər verib səhv yola döndüklərini, fitnəyə düşdüklərini onlara izah etmişdi. Ancaq buna baxmayaraq onun sözlərinə itaət etmədilər.
Samirinin fitnə-fəsad törətməsinin ən böyük səbəbi onun özündən başqa hər kəsdən daha ağıllı və uzaqgörən olduğuna inanmasıdır. Bu təkəbbür “mən onların görmədiklərini gördüm” cümləsindən açıqca anlaşılır. Bu təkəbbür və qürur hissi Samirinin asanca öz nəfsinin və şeytanın əmrinə tabe olmasına və “fərqli bir şey edərək lider olmaq” psixologiyası içində inkar yoluna düşərək fitnə-fəsad törətməsinə səbəb olmuşdur. Halbuki müsəlman heç vaxt başqa müsəlmanlarla müqayisədə özünün ən ağıllı və ən üstün olduğu fikri ilə hərəkət etməz. Hər zaman özündə bir xəta payının ola biləcəyini düşünər, xəta etməkdən Allaha sığınar. Əgər həqiqətən kiminsə fikir vermədiyi və görmədiyi bir məsələni görübsə, bunun Allah lütfü və imtahanı olduğunu bilər və ona görə davranar. “Allah mənə bunu görməyi nəsib etdi, elm ancaq Ondandır” deyər. O ki qaldı Samirinin gördüyü şeyə, o, fitnədən və yolunu azmaqdan başqa bir şey deyil.
I … Bütün bu hadisələrin ardınca Hz. Musa Samirinin başladığı fitnə-fəsada qarşı iki vacib tədbir görmüşdü. Birincisi, fitnə-fəsadın mənbəyi olan və insanların düz yoldan azmasına səbəb olan Samirini xalqın içindən qovmaq. Beləliklə də Samiri bir daha münafiqlik etməyəcək və fitnə-fəsad törətməyəcəkdi. İkincisi isə onun düzəltdiyi bütü tamamilə məhv etmək idi. Xalqın büt kimi mənimsədiyi buzov heykəli tamam yandırılacaq və külü də bir daha tanınmasın deyə dənizə səpiləcəkdi.
Göründüyü kimi. Hz. Musanın dinlə bağlı böyük bir himayədarlıq və təəssüb hissi və mütləq bir bağlılığı var idi. Hz. Musa insanların Allahı inkar etməsinə səbəb olan amillərə qarşı çox kəskin və düzgün tədbirlər görmüş, inkarçılığı kökündən məhv etmək üçün çox qərarlı davranmışdır. Bu, bütün peyğəmbərlərin və onların yolunu davam etdirən hidayət liderlərinin müştərək vəzifəsidir.
Hz. Musa fitnənin səbəblərini aradan qaldırdıqdan sonra da bütün xalqına dərs verərək onu tövbəyə və Allaha itaət etməyə dəvət etmişdi.
Bu hadisəni dövrümüzə görə düşünsək, Hz. Musa eyni zamanda hz. Mehdiyə işarə olduğuna görə, 40 illik qeybi dövründə (zühur etmədən öncə 40 illik fəaliyyəti), özlərini din alimi kimi göstərən, mürşid və ya camaat liderləri, məzhəb alimlər, yəni Samirilər insanları Haqq din olan Qurandakı islamdan uzaqlaşdırıb, özlərindən uydurduqları xurafat, batil və şirklə dolu dinlərinə insanları dəvət edirlər. Amma zühurdan sonra hz. Mehdi Samiriləri qovaraq, onların batil dinlərini yıxacaq (Buzovu toz edir), haqq din olan Quran islamını dünyaya hakim edəcək inşaAllah. Bütün məzhəb, təriqət və batil dinlərin hamısını ləğv edəcək, vahid islam əsaslı Quran ətrafında vahid hökmlərlə islam aləmini idarə edəcəkdir inşaAllah. Sadəcə Allahın Quranda bildirdiyi hökmlər əsas alınacaq və Allahın dediyi haram-halallara əməl ediləcəkdir.

