“De: “Hamı gözləyir, siz də gözləyin”. Biz, məsələn hamımız Mehdi (ə.s)-ın çıxışını gözləyirik. İsa Məsih (ə.s)-ın gəlişini gözləyirik, “siz də gözləyin”. Biz də deyirik ki, onlara əhli dəlalətə də, fırıldaqçılara da; siz də gözləyin. “Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!” Tam 2023 tarixini verir. Türkiyə Respublikasının quruluşunun 100 illiyi. İttihad-ı İslamın, İslam Birliyinin qurulduğu il olacaq, inşaAllah.
Müsəlmanların birlik olması Qurana görə fərzdir. İslam Birliyinin qurulması həm bütün müsəlmanlara böyük güc və qüvvət qazandıracaq, həm də xristianlara, yəhudilərə, bütün cəmiyyətlərə əmin-amanlıq gətirəcək. Ancaq bu birlik heç bir şəkildə irq üstünlüyünə söykənən bir birlik deyil. Bu birliyə türk millətinin liderlik etməsi də bu millətin genetik və ya irq üstünlüyünə görə deyil, əxlaq üstünlüyü, xidmətə istəkli olması, əziyyətə istəkli olması, ədalət anlayışına görədir.
Unutmamalıyıq ki, Türk milləti Osmanlı dövründə yüz illərlə bu böyük vəzifəni ən gözəl şəkildə yerinə yetirmişdir. İstər tarixi, istərsə də mövcud siyasi şərtlər Türk millətini İslam Birliyinin təbii lideri edir. Bütün bu tarixi həqiqətlərlə yanaşı, yaşadığımız Axırzamanda Türk millətinin böyük məsuliyyətlər daşıyacağı müjdəsini Peyğəmbərimiz (s) bildirmişdir. Bu hədislərin bəziləri belədir:
“Türklərin dilini öyrənin. Çünki, onların uzunsürən hakimiyyətləri olacaqdır”.
“Türklər Dünyaya iki dəfə hökm edəcəkdir”.
1-ci dəfə Osmanlı İmperiyası quruldu, 2-ci dəfə isə hz. Mehdinin (ə.s) vəsiləsi ilə İslam Birliyi qurulacaqdır, inşaAllah.
“Konstantinopol (İstanbul) mütləq fəth olunacaqdır. Onu fəth edən sərkərdə nə ulu sərkərdə, onun əsgərləri isə nə yaxşı əsgərlərdir”.
Bu hədisin 1-ci mənası Fatih Sultan Mehmete baxdığı kimi, Axırzamana baxan 2-ci mənası isə Hz. Mehdiyə baxır, inşaAllah.
“Ümmətimin idarəsi axırda Türklərin əlinə keçəcəkdir”.
Qiyamətdən öncə İslam Birliyini Türklər hz. Mehdinin (ə.s) vəsilə ilə quracaq və islam ümməti Qızıl Əsri yaşayacaq, inşaAllah.

