Taha surəsi, 130-cu ayə; Allah deyir ki; “Bu halda onların söylədiklərinə qarşı səbirli ol”. Deməli, anormal adamlar, axmaq, gic-gic danışacaqlar. Münafiqlər danışacaq; müşriklər, cahillər, xurafatçılar boş danışacaq. Harada danışacaq? Facebookda, instagramda, internetdə, telefonda danışar, televiziyada danışar. “Bu halda onların söylədiklərinə qarşı səbirli ol. “Sakit ol, səbirli ol” deyir Allah. “Günəşin doğuşundan və batışından əvvəl Rəbbini həmd ilə təsbeh et (ucalt).” Həmd etmək namaz qılmaqdır, təsbih etməksə təsbihat etməkdir, inşaAllah. “Gecənin bir hissəsində və gündüz də təsbeh et ki məmnun ola biləsən”. Bu ayədə isə namaz qıl yoxdur, sadəcə təsbihat edin deyilir. Gecə və ikindi vaxtı təsbihatı deyilir ayədə.
“Onlardan bəzi qruplara, özlərini sınamaq üçün faydalandırdığımız dünya həyatının bəzəyinə gözünü dikmə”. Adamın avtomobilləri var, evi var, zavodu var, Allah “ona gözünü dikmə” deyir, “oturub heyfsilənmə” deyir.
“Sənin Rəbbinin ruzisi daha xeyirli və daha daimidir”. Ruzini Allah verir, bəziləri deyir ki; “bu adam nə qədər zəngindir, kürü yeyir, mən yeyə bilmirəm” deyir. Amma Allah deyir ki; “Sənin Rəbbinin ruzisi daha xeyirli və daimidir”. İndi Allah ona nəsib etmədisə, bir xeyir vardır. Çünki ruzinin sağlamlıq verməsi əhəmiyyətlidir. Yeyərsən, öldürər səni; komaya düşərsən, infarkt keçirərsən, beyin qanaması keçirərsən. Əslində ölümlər həmişə qidadandır. Ölümlərin böyük bir səbəbi yeməklərdən qaynaqlanar; xolesterol, xolesterola bağlı yüksək təzyiq, qan şəkəri. Onun üçün “Sənin Rəbbinin ruzisi daha xeyirlidir” deyir Allah. “Və daha daimidir”. Yəni “dünyada da, axirətdə də daima davam etdirərəm” deyir Allah və “ruzini verən Mənəm” deyir. Mühüm olan ruzinin xeyirli olmasıdır; ruzi xeyirli oldusa, o insana şəfa verər. Gənclik, dinclik və sağlamlıq verər.
“Əhlinə (ümmətinə) namazı əmr et və onda qərarlı davran”. Yəni “üç vaxt namazı əhlinə əmr et” deyir. “Və onda qərarlı davran”. Yəni “yetişə bilmirəm”, “səhər erkən oyana bilmədim”, “yorğundum,” “işim var” və yaxud “imtahanım var” demək olmaz, bunlar bəhanələrdir. Allah nə deyir? “Onda qərarlı davran”. Bir xeyir var qərarlı davranmasında. “Biz səndən ruzi istəmirik” deyir Allah.
Allah deyir ki; “Biz səndən ruzi istəmirik, Biz sənə ruzi veririk” deyir. “Mən onsuz da verəcəyəm sənə ruzini. Namaz qılmama səbəbi olaraq pul qazanmağı göstərmə” deyir Allah. Yəni “işi, gücü göstərmə, bu bəhanə deyil” mənasında deyir Allah. Bir işarəsi odur. “Gözəl nəticə təqvanındır”. “Əgər təqvalı olsanız, ruhən də fiziki olaraq da çox sağlam olarsınız” deyir Allah. Buna görə “Allahın dinindən möhkəm yapışın” deyir Allah.
“Dedilər ki: “Bizə öz Rəbbindən bir ayə (möcüzə) gətirməsi lazım deyildimi?” Onlara əvvəlki kitablarda açıq sənədlər gəlmədimi?” deyir Allah. “Daha əvvəl də elə möcüzələr gördülər” deyir. Yəni inanmayacaq adam, inanmaz. “De ki: “Hər kəs gözləməkdədir; siz də gözləyin. Sonunda, doğru (dümdüz) yolun sahibləri kimlərmiş və doğru yola çatan kimlərmiş, çox yaxında öyrənəcəksiniz.”. Əbcədi 2023 tarixini verir. İslam Birliyini hər kəs müşahidə edir. “Siz də gözləyin” deyir Allah, yəni “siz də gözləyin; olacaqmı, olmayacaqmı gözləyin” deyir. “Sonunda, doğru yolun sahibləri kimlərmiş”, çünki deyir ki, məzhəbçilər, xurafatçılar, “doğru yol bizim yoldur”, “ən ağıllı bizik” deyirlər. Allah da deyir ki; “doğru (dümdüz) yolun sahibləri kimlərmiş, “yəni “doğru yola çatan, doğru hərəkət edən, doğru düşünən, doğru dəlillər verən, məqsədə uyğun hərəkət edən kimlərmiş çox yaxında öyrənəcəksiniz” deyir Allah və əbcədi də tam 2023-cü ildir, inşaAllah.

