“Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir”. “bunun xüsusiyyəti budur” -deyir Allah. “Sənə və yoldaşına, insanlara düşməndir” -deyir. “O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan” -deyir. “Cənnətdə xoşbəxtlik var, cənnətdən çıxarsansa bədbəxt olarsan” – Allah deyir. “Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan”. Acmaq hissi yoxdur cənnətdə. Daima Allah onun üzərində paltar yaradır cənnətdə. Bütün paltarları yaradan Allahdır. Məsələn, Allah Quranda “sizə geyimlər nazil etdik” -deyir. Çünki biz beynimizin içində Allahın yaratdığı paltarı görürük, yuxudakı görüntünü. Gördüyünüz hər şeyi Allah bizim beynimizdə yaradır.
“Sən orada nə susayacaq”, cənnətdə susama hissi yoxdur, acmaq hissi yoxdur, çılpaq qalmaq yoxdur. “Nə də bürküdən əziyyət çəkəcəksən!” Həddindən artıq soyuq, həddindən artıq isti yoxdur. Mülayim, gözəl bir iqlimi var cənnətin. “Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”, Hz. Adəm (ə.s), Allahın sözünə güvənməli olduğu halda, şeytanın sözünə etibar edib, vəsvəsəyə düşür. Allahın sözünə inanmalı olduğu halda şeytanın sözünə inanır. “Tükənməyəcək bir mülkü göstərimmi?” “Bu mülk, bunların hamısı yox olacaq” –deyir, “amma yox olmayacaq şəkildə olmasını istəyirsənsə, sənə söylədiklərimi et” -deyir. Biz Allahı, Allahın Özünü bildiyi kimi heç bir zaman bilməyəcəyik. Allahın Özünü bildiyi kimi bilməsi üçün bir insanın (haşa) Allah olması lazımdır. Belə bir şey də olmayacağı üçün, Allaha həmişə iman edəcəyik, inşaAllah.
“Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yola yönəltdi”. Çox peşman oldu Hz. Adəm (ə.s), “doğru yola yönəltdi” -deyir. İmanlı olmağın əhəmiyyətini Allah bizə göstərir. Çünki cənnətdə də möminlər Allahdan razı olmuş olaraq, Allah da onlardan razı olmuş olaraq təhqiqi imanla gedirlər. Cənnətdə də sonsuza qədər Allaha iman edir mömin, Allaha şübhə etmir. Hər zaman Allahı sevir, Allaha bağlı olur. Təhqiqi imanın əhəmiyyətini də Allah burada göstərmiş olur.

