Ayə izahı: Şuəra surəsi, 29

Şuəra surəsi; 29-cu ayə

Şuəra surəsi; 29-cu ayə. “(Firon) dedi ki: “And olsun, məndən başqa bir ilaha tapınsan, səni mütləq həbsə atacağam.” Dəccaliyyətin öz rəsmi ideologiyası var, ideologiyası olmadığında hüququ işlədər, insanı həbsə salar. Mütləq dəccalın fikrini, dəccalın düşüncəsini müdafiə edəcəksən. Yoxsa həbs olunarsan.

“(Musa) Dedi ki: “Sənə açıq-aşkar bir şey gətirmiş olsamda mı?” Qəti dəlil gətirsəm, yenə də fironda demokratiya anlayışı var. İndiki fironlarda o da yoxdur. “(Firon) Dedi ki: “Əgər doğru sözlüsənsə, onu gətir.” “Gətir dəlili, görüm” deyir. “Bundan sonra əsasını atdı, bir də (nə görsünlər) o, açıqca bir əjdaha oldu. Əlini də çəkib çıxardı,” əlini sinəsinin içinə salır, “bir də (nə görsün) o, baxanlar üçün “parlayıb işıqlanmışdır”. (Firon,) Ətrafındakı liderlərə: “Bu” dedi, “Doğrusu məlumatlı bir cadugərdir.” Başqa şərhi yoxdur, o möcüzəni görəndə “bu cadugərdir” deyir. “Cadusu ilə sizi yurdunuzdan sürüb çıxarmaq istəyir; nə buyurursunuz?” Dərhal vətən xaini kimi göstərməyə çalışır.

Buradakı məntiq inkarçıların ümumi məntiqidir. Quranda bir çox hekayədə bu cür insanlar anladılıb, bu yanlış məntiq gözlər önünə sərilib. Ataların dininə kor-koranə bağlanmağa, dəlilləri gördükləri halda rədd etməyə davam edən bu düşüncə sadəcə Fironun və ətrafının göstərdiyi bir hərəkət deyil. Tarix boyunca inkarçılar özlərinə yalnız bu şəkildə çıxış yolu axtarmışlar. Zəmanəmizdə də bu davam edir. Təkəbbür göstərənlərin bu nöqteyi-nəzəri Quranda belə bildirilir:

“Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər…” (Əraf surəsi, 146).