Quran surələri “Rəhman Rəhim olan Allahın adıyla” başlayır. Sadəcə bu sözlər belə insanın ürəyində rahatlıq meydana gətirər, Rəhman və Rəhim; Qoruyan və Himayə edən olan Allahın adıyla, Allahın şəfqəti və himayəsi ilə başlayır. “Bunlar, açıq-aşkar olan Kitabın ayələridir.” (Şuəra surəsi, 2). Xurafatçılara görə Quran bağlı idi, amma ayəyə görə açıq-aydındır. Sizə mi inanaq, Quranamı inanaq. Təbii ki, Qurana inanacağıq. “Onlar iman gətirmirlər deyə az qalsın özünü məhv edəcəksən.” (Şuəra surəsi, 3) Allah Peyğəmbərimizi (s) xəbərdar edir. Çünki onlar ölüdür (zombidir), haqqı qəbul etməzlər. Peyğəmbərimiz (s) çox sevgi dolu, çox həssas idi. İnsanlara izah edir, amma zombilər öküz kimi baxır. O zaman da çox üzülür, Allah da xəbərdar edir, özünü məhv edəcəksən? deyir. Kədərdən xəstələnir. “Diləsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik, ona boyunları əyilmiş qalarlar”. Əbcədi 2022-ci ili verir, göydən enən bir ayə, möcüzə. Keçən dəfə səhifədə paylaşmışdım bu ilin əvvəlində olan astronomik hadisəni. İstanbulda yaşıl formada göründü hətta.
“Onlar (Quranı) təkzib etdilər. Ancaq istehza etdiklərinin xəbərləri onlara gələcəkdir.” (Şuəra surəsi, 6) Allah çox yaxında doğru olduğunu görəcəklər deyir. “Sənin Rəbbin, Musaya səslənmişdi: “Zülm etməkdə olan qövmə get;” təbliğ etməyə get. Zülm etməkdə olan qövm dəccaliyyətdir, o dövrün mehdisi hz. Musadır, Allah zülmün ortadan qalxmasını istəyir. “Fironun qövmünə, hələ çəkinmirlərmi;” yəni Allahdan qorxsunlar, Allaha təslim olsunlar, Allah deyir. “Dedi ki: “Rəbbim, həqiqətən mən, onların məni yalançı çıxarmalarından qorxuram;” yəni firon onsuz da yalançı çıxaracaq. 13-cü ayədə “sinəm sıxılır” deyir, çox həyəcanlı olduğu üçün həm təzyiqi qalxır, həm də ürəyi əsməyə başlayır. Yəni həyəcana görə taxikardiya ola bilər.
I “Sinəm sıxılır, dilim dönmür” deyir. Bu dəfə də həyəcandan danışa bilməyəcək hala gəlir, dilim dönmür deyir. “Buna görə Haruna da göndər”; Harun da köməkçim olsun deyir. “Həm də onların mənə qarşı (iddiasını müdafiə edəcəkləri bir cinayət) günahım var; buna görə məni öldürmələrindən qorxuram” deyir; (Allah:) “Xeyr,” dedi. “İkiniz də ayələrimlə gedin, şübhəsiz, sizinlə birlikdəyik (və) eşidirik.” Mən sizi seyr edirəm, Allah deyir, görürəm, yanınızdayam, gedin, ikiniz birlikdə gedəcəksiniz, Allah deyir.
“Gecikmədən Firona gedərək deyin ki: Həqiqətən biz, aləmlərin Rəbbinin elçisiyik. İsrailoğullarını bizimlə birlikdə göndərməyin üçün (sənə gəldik).” Yalnız bunu istəyirik deyirlər. Yəni sənin vətənindən gedəcəyik, torpaqlarını da buraxacağıq, müsəlman qövmünü burax, biz gedəcəyik, başqa bir şey istəmirik deyir. Malında, mülkündə, heç bir şeyində gözümüz yoxdur, heç bir şey istəmirik deyirlər. Amma firon həyəcanlı halda hirslənir. Bunlar mənim vətənimi ələ keçirəcəklər deyir. Torpaqlarımı da alacaqlar, suveren olacaqlar deyir. Bu qorxunun səbəbi Allahu aləm Tövratda çox əhatəli olaraq keçən Mehdi ilə əlaqədar məlumatlarla bağlıdır. Çünki Mehdinin bütün dünyaya hakim olacağı Tövratda keçir.
“İsrailoğullarını bizimlə birlikdə göndərməyin üçün sənə gəldik;” tək bir şey istəyirlər, başqa bir şey istəmirlər. Bu vəziyyətdə onsuz da firon onlarla razılaşmalıdır, yalnız qövmlə çıxıb gedəcək. “(Firon): Dedi ki: “Biz səni içimizdə daha uşaq ikən yetişdirib böyütmədik mi, sən ömrünün bir çox ilini aramızda keçirmədin mi;” Mehdi də dəccaliyyətin içində böyüyəcək. Uşaq ikən də, ömrünün bir çox ilini dəccaliyyətin içində keçirəcək.

