Şuəra surəsi; 16-ci ayə. “Gecikmədən Firona,” dəccala, “gedərək deyin ki: “Həqiqətən biz, aləmlərin Rəbbinin elçiləriyik.” “Allah bizi Mehdi olaraq göndərdi, hidayət elçisiyik” deyirlər, inşaAllah. “İsrailoğullarını bizimlə birlikdə göndərməyin üçün (sənə gəldik).” “Burax bizləri” deyirlər, “müsəlmanları burax. Rahatlayaq.” “(Getdilər və Firon:) Dedi ki:” Dəccal deyir ki; “Biz səni içimizdə daha uşaq ikən böyütmədikmi?” Hz. Mehdi (ə.s) da eyni şəkildə böyük bir şəhərdə böyüyəcəkdir. “Sən ömrünün bir neçə ilini aramızda keçirmədinmi?” Dəccal minnət edir. Mehdilər həmişə dəccallarla iç-içə olublar. Dəccallara çox yaxın yaşayıblar. “Sən ömürünün bir neçə ilini aramızda keçirmədinmi? Və sən, edəcəyin işi (cinayəti) də işlədin; sən nankorlardansan.” Ona böhtan atır, təhqir edir.
“(Musa) Dedi ki: “Mən onu etdiyim zaman cahillərdən idim.” “Qəsdən etmədim” deyir. “Sizdən qorxunca da, dərhal aranızdan qaçdım; sonra Rəbbim mənə hökm (və hikmət) verdi və məni göndərilən (elçilərdən) etdi.” “Məni Mehdi etdi, məni təbliğçi etdi” deyir, inşaAllah. “Mənə qarşı lütf-dediyin nemət də, İsrailoğullarını kölə etməyinə görədir.” Yəni “mənə lütf kimi göstərdiyin, nemət kimi göstərdiyin, başıma vurduğun hadisə də İsrailoğullarını kölə olaraq aldın” deyir, “kölə olaraq istifadə edirsən, buna görədir” deyir. “Firon dedi ki: “Aləmlərin Rəbbi nədir?” Daima Allahdan bəhs edincə, “nədir aləmlərin Rəbbi?” deyir. “Dedi ki: “Göylərin, yerin və bu ikisi arasında olan hər şeyin Rəbbidir. Əgər “qəti olaraq inanırsınızsa” (belədir).” “Sənin inancın səhvdir” deyir, o zaman o materialist düşüncəni müdafiə edir, təkamülü müdafiə edir. “Səhvdir sənin inancın, hər şeyi Allah yaradır” deyir.

