Ayə izahı: Səcdə surəsi, 7

Allah Quranda insanı möcüzəvi bir şəkildə yaratdığını bildirir

Allah Quranda insanı möcüzəvi bir şəkildə yaratdığını bildirir. Rəbbimiz ilk insanı palçıqdan yaratmış, ona Öz ruhundan üfürərək can bəxş etmişdir:

Bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!” (Sad surəsi, 71-72)

Onlardan soruş: “Onlarımı yaratmaq daha çətindir, yoxsa yaratdıqlarımızı?!” Həqiqətən, Biz onları (insanları) yapışqan bir palçıqdan yaratdıq. (Saffat surəsi, 11)

Texnologiyanın inkişafı nəticəsində insan orqanizmini tədqiq etmək mümkün olmuşdur. Nəticədə insan toxumalarının yer üzündəki bir çox elementi ehtiva etdiyi aydın olmuşdur. Canlı toxumaların 95%-i karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (P) və kükürd (S) də daxil olmaqla 26 elementdən ibarətdir. Quranda Allah belə buyurur:

Həqiqətən, Biz insanı süzülmüş palçıqdan yaratdıq. (Muminun surəsi, 12)

Ayədə “süzmə” kimi tərcümə edilən “sulala” sözünün “təmsili nümunə, öz, xülasə, əsas” kimi mənaları da vardır. Gördüyümüz kimi, Quranda 14 əsr əvvəl bildirilən bu möcüzəvi məlumatlar müasir elmin gəldiyi nəticələrlə üst-üstə düşür.