Ayə izahı: Səba surəsi, 46-47

Sizin sahibinizdə (Məhəmməddə) heç bir dəlilik yoxdur” yəni sahibi-zaman “Peyğəmbərdə heç bir

“Sizin sahibinizdə (Məhəmməddə) heç bir dəlilik yoxdur” yəni sahibi-zaman “Peyğəmbərdə heç bir dəlilik yoxdur”. O dövrün sahibi-zamanı Peyğəmbərdir, Axırzamanın sahibi zamanı Mehdi (ə.s)-dır. “…Heç bir dəlilik yoxdur. O, yalnız sizi, şiddətli bir əzabdan əvvəl xəbərdar edəndir”. Yəni Qiyamətdən əvvəl sizi xəbərdar edir. Ölümdən əvvəl, Cəhənnəmdən əvvəl xəbərdar edir.

Surə nömrəsi 34-dür, 34 İstanbulu xatırladır (İstanbul avtomobil qeydiyyat nişanı 34-dür). 46-cı ayə. 46 da Türkiyədə ağıl xəstələri ilə bağlı verilən qanun maddəsidir. Birinin İstanbula baxması, birinin 46-cı ayə olması, 46-cı maddəyə baxması Axırzamanda ortaya çıxan bir şeydir. Qurandakı rəqəmlərə və işarələrə diqqət etmək lazımdır ona görə.

“O yalnız sizi, şiddətli bir əzabdan əvvəl xəbərdar edəndir. De ki: Mən sizdən bir ödəniş istəmişəm, artıq o sizin olsun”. Mən bunu pul üçün etmirəm deyir, Allah rizası üçün təbliğ edirəm, deyir. Allah yolunda təbliğ edənlər pul almazlar. Nə kitabından, nə əsərindən, nə işindən pul alınmaz. Allaha xidmətdən pul alınmaz, onunla dolanışıq təmin edilməz. “Din adamlarından” soruşsan, dolanışığım bundandır deyir. Bu münafiq xarakteridir. Osmanlı alimləri həmişə əlavə iş görərdilər. Osmanlı dövründə də, İslam dövründə də yəni Səhabə dövründə heç kim o tərz, yəni dini xidmətlərdən pul almamışdır. “…Artıq o sizin olsun…” əgər elə bir şey götürmüşəmsə, o sizin olsun, mən geri verim deyir. “Mənim mükafatım (ödənişim), yalnız Allaha aiddir.” Yəni mən Allah rizası üçün edirəm deyir.

I …

“O hər şeyə şahid olandır.” Nələrə? Məsələn, indi Allah bizi görür. “De ki: “Şübhəsiz, Rəbbim haqqı batilin yerinə, dilədiyi kimsənin ürəyinə qoyar. O qeybləri biləndir. “Allah haqqı qəlbə yerləşdirir, batil varkən onu yerləşdirir, qəlb təmizlənmiş olur. “De ki: “Haqq gəldi; batil isə nə bir şey ortaya çıxara bilər, nə geri gətirə bilər”. “De ki: “Haqq gəldi;…” bu, eyni zamanda Mehdi (ə.s)-a da işarədir. “Haqq gəldi;…” Mehdi (ə.s) gəldi mənasındadır, çünki Mehdi (ə.s)-ın gəlişi haqdır, inşaAllah. “…Batil isə…”, yəni Darvinizm, kommunizm, batil inanclar, ateizm isə, “…nə bir şey ortaya çıxara bilər…”, yəni heç bir dəlil ortaya qoya bilməz, heç bir şey izah edə bilməz, “….nə geri gətirə bilər”. Yəni yenidən bir şeyi geri gətirə bilməz, edəcəyi heç bir şey yoxdur.

“De ki: “Əgər mən azsam, artıq öz nəfsim əleyhinə azmış olaram; əgər hidayəti tapacaq olsam…”, yəni Mehdi (ə.s) onsuz da hidayət mənşəli gələn bir sözdür, “…tapsam, bu da Rəbbimin mənə vəhy etməkdə olduğu Quran sayəsindədir. Şübhəsiz, O, eşidəndir, yaxın olandır”. Bizi islah edən, bizləri düzəldən Qurandır, Qurana tabe olmağımızdır, inşaAllah.