Səba surəsi, 34-cü ayə; “Biz hansı ölkəyə bir xəbərdar edici göndərdiksə, mütləq oranın “rifah içində yaşayan öndə gələnləri”: “Həqiqətən biz, sizin özüylə göndərildiyiniz şeyi tanımırıq” demişlər.” Məsələn, indi də Mehdi (ə.s)-dan bəhs edirik, insanlar “biz Mehdi (ə.s)-ı tanımırıq” deyirlər. “İsa Məsih (ə.s) enəcək” deyirik, “onu da tanımırıq” deyirlər. “Biz hansı ölkəyə bir xəbərdar edici göndərdiksə, mütləq oranın “rifah içində yaşayan öndə gələnləri”,” bəzi dindar adamlar var, bir az varlanmış, özünə şirkət açmış, iş yerləri qurmuş, “görməmişin avtomobili olmuş havaya uçmuş” deyərlər, adam qudurur. Haldan hala, şəkildən-şəklə girir və şişir və şişincə də ağlasığmaz şərhlərlə, ağlasığmaz inkarlarla nə İslam Birliyini istəyir, nə Hz. Mehdi (ə.s)-ı, nə Hz. İsa (ə.s)-ı istəyir. Daima da bir ayağı həccdə, bir ayağı Şamda, görən də son dərəcə dindar zənn edər.
“Biz səni ancaq bütün insanlara bir müjdə verici və xəbərdar edici olaraq göndərdik. Ancaq insanların çoxu bilmirlər.” İndi Mehdi (ə.s)-ı bir çox insan bilmir. Hz. İsa (ə.s)-ın enişini də bir çox insan bilmir. Bu ayə Peyğəmbərimizə (s) işarə edir. Axırzamana görə hz. Mehdiyə (ə.s) işarədir. “Onlar: “Əgər doğru sözlüsünüzsə, bu vəd (etdiyiniz əzab) nə zamandır?” deyərlər.” “Qiyamət nə vaxt qopacaq” deyə soruşurlar. “De ki: “sizin üçün təyin olunmuş bir gün vardır ki, ondan nə bir an təxirə salına bilərsiniz, nə də (bir an) önə alına bilərsiniz.” Allahın icazəsi ilə 2120-ci ildə (hicri 1545) Allah Qiyaməti qoparacaq, inşaAllah.

