Ayə izahı: Saffat surəsi, 20-21

Və deyəcəklər: “Vay halımıza!

“Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab (din) günüdür!” Ayədə nəzərdə tutulan, biz öldük dirildik deyirlər. Amma şübhə edirlər, yəni yenə də anlaya bilmirlər. Yəni dirilib dirilmədiyini anlaya bilmir. Allah: “Bu yalanladığınızı (haqq ilə batili, möminlə kafiri) ayırd etmə günüdür!” (Allah mələklərə belə buyuracaqdır:) “Yığın bir yerə zülm (küfr) edənləri, onların dostlarını və ibadət etdiklərini -” deyir. Məsələn, bir oğlan qıza deyir ki, (haşa) mən dinsizəm, imansızam, içki içirəm, söyüş söyürəm, amma çoxlu pulum var, evim var, avtomobilim var, villam var, hamısı var. Qız da: “Heç problem deyil, yetər ki, bu barədə əsas xüsusiyyətlərə sahibsən onsuz da əxlaqsız olmağın, tərs olmağın, zalım olmağın, dinsiz, imansız olmağın mənim üçün problem deyil. Sən əsas lazım olanı etmisən onsuz da” deyir. Aşiq olduğunu söyləyir. Dəlilər kimi aşiq olduğunu, yoxsa biləyimi kəsərəm yaxud başımı itirərəm, intihar edərəm deyir, dəlilər kimi sevdiyini deyir. Bu səmimiyyətsizlikdir; sevgi Allah üçün olar. Onun üçün Allah onu cəza olaraq yoldaşı ilə birlikdə cəhənnəmə atır.

Sevginin mənşəyi, məsələn, mən səni sevirəm, nə üçün, məsələn Allahın təcəllisi olduğun üçün varlığından çox zövq alıram. Niyə? Əlində, üzündə nur var, təmizlik var, hörmət ediləcək bir insansan, dəyər veriləcək bir insansan, ona görə sevirəm, ona görə də xoşuma gəlir. Kimi sevirəm? Allahı sevirəm? Allah mənə nə göstərir? Sənin görünüşünü beynimdə təcəlli etdirir. Çöldə sənin görünüşün qapqaranlıq və şəffafsan. Təbii ki, atomların quruluşuna görə. Nüvənin quruluşu, neytron, protonların quruluşuna görə şəffafsan. Bu bütün elm adamlarının qəbul etdikləri bir şeydir. Rəng də yoxdur. İndi görüntü olaraq tərtəmiz rəngli, şən bir varlıq olaraq görünürsən. Bu rəngi, görünüşü kim verir? Allah verir. Ürəyimə məhəbbəti, sevgini kim salır? Allah salır. Gözəl ola bilərsən, təsirlənmərəm. Yəni baxaram, divara baxar kimi baxaram. Sevginin meydana gəlməsi ayrı bir möcüzədir.

I İnsan ətdən, sümükdən niyə təsirlənsin ki? O zaman qəssabda əti gördüyümüzdə hipnoz olmamız lazım. Bu səbəbdən bütün təriflər Allahadır. Bir insanı tərifləyəndə birbaşa Allah təriflənər. Çünki yaradan, sevdirən, görünüşü meydana gətirən, maddəni meydana gətirən, beynimizi də yaradan Odur. İnsanın danışmasını yaradan Odur. Geriyə bir kölgə qalır. Yəni kölgə varlıqlar, Allahın təcəllisi qalır. Allahdan başqa heç bir şey mütləq varlıq deyil. Yalnız Allah vardır və Allahın təcəlliləri, inşaAllah. Onun üçün bəzən tərif deyiləndə əstağfirullah deməzlər.

Cənnətdə də Allah təcəlli edəcək. Allahın təcəllisini gördüyümüzdə sevgidən, məhəbbətdən sanki hipnoz olacağıq. Yəni zövqdən beynimiz parçalanacaq kimi olacaq. Bu Allah eşqindəndir. Allahı sevməmizdən qaynaqlanır. Küfrün elə bir şeyi yoxdur. Axirətdə belə deyərlər; “Rəbbinizə söyləyin, sizə verdiklərindən bizə də versin”. Cəhənnəm əhli azmış, tarazlığını itmiş, beyinləri xəstə vəziyyətindədirlər.