Ayə izahı: Saffat surəsi, 154-157

Saffat surəsi, 154-cü ayə

Saffat surəsi, 154-cü ayə. “Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz? Məgər düşünüb ibrət almayacaqsınız?”. Xurafatçıların özlərindən mühakimə yeritməsindən danışır, Allahın hökmlərini kənara qoyub, saxta hədis və rəvayətlərlə özlərindən uydurduğu batil, müşrik dinlərinin (məzhəblərin) uydurma qaydaları. “Məgər düşünüb ibrət almayacaqsınız? Yoxsa sizin aydın bir dəliliniz vardır?” Allah deyir o zaman dəlilinizi gətirin, dediyiniz hökmlərin Allahdan olduğuna dair sübutunuz nədir? Peyğəmbərimizin (s), din alimlərinin və imamların adından yalan danışırsız. Ayə deyir, “Yoxsa sizin aydın bir dəliliniz vardır? Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!” Ayədə kitab deməsi önəmlidir, çünki Allahın kitabına qarşılıq özlərinin yazdıqları kitab. Hansı doğru olar ki? Xurafatçılar zatən saxta hədis və hökmləri qəbul etməklə Quranı inkar etmiş sayılır və inkarçı vəziyyətinə düşürlər. Onlara uyanların hamısı da eləcə.

“Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır” -deyir. “Yalnız Allahın seçilmiş səmimi qullarından başqa”. Səmimi olan qulları başqa. Həqiqi səmimiyyət sadəcə ruh sahiblərində olar. “Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz”. Allah o cür insanlara müşrik deyir, çünki şirk qoşurlar. Məsələn Buxari doğru dediyini qəbul edir və Qurandakı ayəni qəbul etmirsə (misal üçün baş örtüsü) o zaman Buxariyə şirk qoşmuş olur, ona tapınır. Allah ayədə deyir tapındıqlarınız, yəni Qurandan kənar hökm verənlərə tapınırlar bu insanlar.

“Sən bir müddət onlardan üz çevir!”. Yəni oturub həmsöhbət olmağına ehtiyac yoxdur, ruhsuz zombilərlə danışmaq vaxt itkisidir tamamən. Çünki onların taleyində hidayət yoxdur, imana gəlməzlər, milyon il də onlara təbliğ edilsə heç nə dəyişən deyil. Allah ona görə deyir ki, onlardan üz çevir, yəni vaxtını boşa sərf eləmə.