Ayə izahı: Sad surəsi, 75-76

Münafiqlərdə ortaq xəstəlik təkəbbürlənməkdir

Münafiqlərdə ortaq xəstəlik təkəbbürlənməkdir. Hamısına baxın, çox eqoistdirlər və ağıllarını çox bəyənərlər. Yəni ciddi mənada axmaqdırlar. Münafiq təkəbbürlüdür, xüsusiyyəti budur. Allahdan daha böyük olmaq istəyir, şeytanın da xüsusiyyəti budur. “Dedi ki: “Mən ondan daha xeyirliyəm”, həmişə münafiqlərin ortaq şeyi, mən daha yaxşı bilərəm, mən daha gözəl danışaram, mən daha xeyirliyəm, peyğəmbərdən doğruyam, deyərlər. “Mən ondan daha xeyirliyəm. Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın”. Tam münafiq axmaqlığı. Palçığı yaradan da Allahdır, atəşi yaradan da Allahdır. Bunu düşünə bilməyəcək qədər axmaqdırlar.

Münafiqlər statusa çox əhəmiyyət verərlər. Professor olması, zəngin olması, iş adamı olması münafiq üçün çox zəruridir. Halbuki, bunlar dünya həyatında gəlib keçici mövqelər, məzara qoyulduğunda, professor da, işçi də, hamısı eyni olur.

Şeytan insanın yaxşılığını istəyirmiş kimi davranar, münafiqlər də möminin yaxşılığını istədiyini iddia edər. Məsələn, “səni qurtarmaq üçün edirəm. Yaxşılıq üçün söyləyirəm mən” deyir. Münafiq də vəsvəsə verər. Zəif adamları seçər belə. Münafiqlərin hədəflədikləri insanlar, vəhşi heyvan necə belə zəif heyvanları seçir, ona müsəllət olar, münafiqlər də zəif olduğuna əmin olduqlarını seçərlər, onun üzərinə yüklənərlər. Onun üçün, münafiqlər bir insanın üzərinə yükləndiyində o adam Allaha sığınacaq, çox diqqət yetirəcək, inşaAllah.