Ayə izahı: Sad surəsi, 75

Sad surəsi, 75-ci ayə (2)

Sad surəsi, 75-ci ayə. “(Allah) Dedi ki: “Ey İblis, iki əlimlə yaratdığıma səni səcdə etməkdən saxlayan nə idi? Təkəbbür mü göstərdin”, münafiqlərdə ortaq xəstəlik təkəbbürdür. Hamısına baxın, çox eqoistdirlər və ağıllarını çox bəyənərlər. Yəni əslində ciddi mənada axmaqdırlar. Bir insan kafir olmaq istəyirsə kafir ola bilər, amma münafiq olması üçün manyak olması lazımdır. Münafiqlər anormaldır.

“Təkəbbür mü göstərdin? Yoxsa yüksəkdə olanlardan mı oldun?” Çünki, çox təkəbbürlənir, Allahdan daha böyük olmaq istəyir. Münafiqin xüsusiyyəti budur, şeytanın da xüsusiyyəti budur. “Dedi ki: “Mən ondan daha xeyirliyəm”, həmişə münafiqlərin ortaq cəhəti, mən daha yaxşı bilərəm, mən daha gözəl danışaram, mən daha xeyirliyəm, peyğəmbərdən doğruyam, Mehdi (ə.s)-dan daha doğru hərəkət edərəm, hamısından daha yaxşıyam deyərlər. “Mən ondan daha xeyirliyəm. Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın”. Tam münafiq axmaqlığı. Anormal sözdür, palçığı yaradan da Allahdır, atəşi yaradan da Allahdır. Bunu düşünə bilməyəcək qədər axmaqdırlar.