Ayə izahı: Sad surəsi, 32

Bu ayədə hz. Süleyman sahib olduğu ehtişamlı malları nəzərində tutaraq Allahı tərif edərək

Bu ayədə hz. Süleyman sahib olduğu ehtişamlı malları nəzərində tutaraq Allahı tərif edərək ucaltdığı xəbər verilmişdir, mala olan sevgisinin qaynağının Allahı zikr etmək olduğu vurğulanmışdır. Hz. Süleyman sahib olduğu malları ona Allahın verdiyinin fərqindədir və buna görə zövq alır və şükür edir.

Quranın digər bəzi ayələrində mal sevgisinin insanları yolundan döndərə bildiyi göstərilmişdir. Bəzi insanlar əllərindəki malı sahiblənərək buna görə qürurlanırlar. Allaha möhtac olduqlarını unudur və daha çox mal əldə etmək üçün ehtirasa qapılarlar. Allaha qulluq etmək üçün yaşamaq əvəzinə zənginlik üçün yaşayırlar.

Hz. Süleyman hekayəsi bizə möminlərin mal və mülkə bu cür insanlardan daha fərqli baxdığını, bunları yalnız Allahı zikr etmək üçün bir vasitə olaraq gördüyünü göstərmişdir. Möminlər bütün malın və mülkün Allaha aid olduğunu, Onun verdiyini və yenə Onun istəməsi ilə yox olacağını çox yaxşı bilirlər.

Onlara verilən zənginlik üçün qürurlanmır və əllərindəkini itirməkdən qorxmurlar. Allahın verdiyi bütün imkanlara şükür edir və bu imkanları Onun razılığı üçün Onun yolunda xərcləyirlər. İman edən bir insan Allah ona böyük bir mülk, ehtişam və iqtidar nəsib etdiyində də bunların hamısını nemət və imtahan vasitəsi olaraq görür, Allaha olan hörmət, qorxu və sevgisi daha da artır. Hz. Süleyman heç kimə nəsib olmayan bir iqtidarı əlində tutmasına baxmayaraq, hər zaman Allaha qarşı dərin hörmət göstərmiş və bütün imkanları ilə Onun dininə xidmət etmişdir.

Hz. Süleyman malı Allah rizası üçün sevmişdir. Quranda hz. Süleymanın Allahdan onun yolunda xərcləmək üçün ona böyük bir mülk nəsib etməsini istəmişdir. Hz. Süleyman kainatdakı bütün elmlərin, mülkün və hökmün əsl sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu hər zaman bilmiş və hər işində Allaha yönəlmişdir (Sad surəsi, 30). Rəbbimizə boyun əymiş və təslim olmuşdur. Sahib olduğumuz zənginliklərdən Allahın razılığını qazanacaq işlərdə istifadə etsək, bu etdiklərimizdən Allah məmnun olar.