Ayə izahı: Rum surəsi, 1-6

Əlif, Lam, Mim! Rumlular məğlub oldular”

“Əlif, Lam, Mim! Rumlular məğlub oldular”. (Rum surəsi, 1-2). Rum diyarı. Əvvəllər Rum haraya İstanbula deyirdilər. Yəni İstanbuldakı darvinistlər və materialistlər, ateistlər məğlub oldu. Əbcədi 1980-ci il tarixini verir. Mehdi (ə.s)-ın çıxış tarixini verir.

“Ən yaxın bir yerdə. Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər.” (Rum surəsi, 3)

Özü də bir neçə il ərzində. Bundan əvvəl də, sonra da əmr Allahındır. O gün möminlər də sevinəcəklər, (Rum surəsi, 4)

Bir neçə ildən sonra. Baxın, “Bundan əvvəl də, sonra da əmr Allahındır”. Yəni mütləq güc Allaha aiddir. “O gün möminlər sevinəcəklər”. Yəni hz. Mehdinin (ə.s) zühuruna çox az qalıbdır, bir neçə il qalıb deyir ayədə.

Allahın yardımı ilə! O, istədiyi kimsəyə yardım edər. O, yenilməz qüvvət sahibidir, mərhəmətlidir. (Rum surəsi, 5)

Hz. Mehdi (ə.s) Allahın yardımı ilə hakimiyyətə gələcəkdir, çünki taledə yazılıbdır. Münafiqlər istəməsə də Allah öz nurunu tamamlayacaqdır, inşaAllah.

Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 6)

Allahın vədidir bu, Qızıl Əsr və Mehdiyyət Qalu Bəlada Allahın ruh sahiblərinə verdiyi sözdür. Allah öz nurunu tamamlayacaq və bütün dünya Qızıl Əsri yaşayacaqdır, inşaAllah. Allah öz vədinə xilaf çıxmaz, nə deyirsə hamısı reallaşar, inşaAllah. İnsanların çoxu zombi olduğuna görə bunu bilməzlər, bəsirətləri, şüurları bağlı olduğuna görə dərk etmirlər.

Onlar ağızları (sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. (Saff surəsi, 8)