Rad surəsi 34-cü ayə: “Dünya həyatında onlar üçün” yəni dəlalət əhli üçün, küfr üçün, darvinist materialist, ateist olan insanlar üçün “onlar üçün bir əzab vardır, axirət əzabı isə daha çətindir. Onları Allahdan (qurtaracaq) heç bir qoruyucu da yoxdur.” Baxın: “Dünya həyatında onlar üçün əzab vardır.” Bu dünyada meydana gələn iqtisadi böhran, intiharlar, sərxoş olmalar, acılar, əzablar… Kimdən soruşsaq “dünyada ən çox əziyyət çəkən adam mənəm” deyir. Bir çox adamdan gedin soruşun. “Məndən daha çox başı bəlada olan, daha çox əziyyət çəkən adam yoxdur” deyir.
“Hər nəfsin bütün qazandıqları üzərində nəzarətçi olana mı”, yəni bir insanın nə etdiyinin hamısını təsbit edən Allaha mı baş qaldırırlar deyir. Allah hamısına nəzarət edir, deyir. İndi də Allah bizi izləyir. Allah hər an, hər cəhətdən izləyir. Günün 24 saatı, hər dəqiqə, hər saniyə izlənirik. Xurafaçılar elə bilir sadəcə namaz qılanda, məscidə gedəndə Allahın “hüzurunda” olurlar, halbuki hər an insan Allahın hüzurundadır. Bunu zombilər dərk etmirlər.
“Onlar Allaha ortaqlar qoşdular.” İnsanları şirkə aparan iki əhəmiyyətli səbəb vardır. Bunlar cəhalət və səmimiyətsizlikdir. İnsanın şirkdən qurtulması və şirkə düşməməsi üçün əvvəlcə lazımi və kifayət qədər imani məlumata sahib olması, daha sonra da səmimiyyətsizlikdən şiddətlə çəkinməsi lazımdır.
Allahın Quranda xəbər verdiyi faktorların ən əhəmiyyətlilərindən biri din əxlaqı mövzusundakı cəhalətdir. Xalis imanın şərti olan biliyə insan ancaq Quran sayəsində çata bilər. Quranda insanlara tövhidin nə demək olduğu açıq şəkildə bildirilmişdir. Allahdan başqa ilah olmadığı, bütlərin nələr olduğu, təmiz bir imanın necə olmasını, Allahın razı olduğu rəftar, davranış və düşüncənin necə olduğu, nələrin necə bir düşüncə və davranış formasının şirkə yol aça biləcəyi, nəfsin tələləri, şeytanın hiylələri bir-bir, incəliklə təsvir edilmişdir.
Şirkdən təmizlənmiş xalis imana sahib olmağın bir digər əhəmiyyətli şərti: “Səmimiyyət”. Təbii olaraq bunun əksi olan “səmimiyyətsizlik” də insanı şirkə sürükləyən faktorlardan biri olur.
Səmimiyyətsizlik; insanın həqiqətləri gördüyü, öyrəndiyi halda, nəfsinin dünyəvi mənfəətlərini güdmək uğrunda həqiqətlərə uymaması, hətta bunların tam əksinə hərəkət etməsidir. Quranı lazımi kimi oxuyan, ağla və vicdana sahib olan bir kimsə Allahın razı olacağı rəftar və əxlaq formasının necə lazım olduğunu görər və anlayar. Ancaq səmimiyyəti dərəcəsində bu anladığına uya bilər və həyatını buna görə şəkilləndirər.
Səmimiyyətsiz insan bəzi kiçik hesablar və mənfəətlər üçün, bildiyi doğruları bir anda tərk edə bilər. İstəklərinin, yəni nəfsinin istək və arzularının, ehtiraslarının arxasınca gedər. Allahın sərhədlərini aşar, əmrlərini gözardı edər. Qısaca, dünyaya meyl edər, axirətini isə çox ucuz bir qiymətə satar.
Unutmaq olmaz ki, insan Allahın əmrləri ilə nəfsinin əmrləri arasında bir seçim etməsindən bəhs edərkən nəfsinə tabe olarsa, nəfsini Allaha şirk qoşmuş olar. Bundan imtina edib tövbə etmədikcə də şirkdən təmizlənməz. Nəfsi ilə toqquşmayan digər mövzulara son dərəcə diqqət göstərsin yenə də bu vəziyyət dəyişməz.
Məsələn, bir insan kənardan çox ibadət edirmiş kimi görünə bilər, həqiqətən bəzi ibadətləri edə də bilər. Ancaq bilərək Allahın tək bir hökmünə məsuliyyətsiz yanaşarsa, məsələn namazlarını qılmırsa, bu nöqtədə vicdansızlıq edir və ya daha doğru bir deyimlə nəfsini seçmiş olar. Üstəlik, nəfsinin istək və arzuları istiqamətində, bilə-bilə, təkidlə, tövbə etməyib peşmanlıq duymadan bu hərəkətinə davam edirsə bunun mənası şirk ola bilər. Belə insanlar işlərinə gəlməyən mövzularda Uca Rəbbimiz Allahın əmrlərini tərk edib istəklərinə uyduqları üçün ağılsız istəklərini ilah edər, bu səbəbdən müşrik olarlar. Müşriklərinsə tövbə etmədikləri və dirəndikləri müddətcə, ibadətləri də daxil olmaqla bütün etdikləri boşa çıxacaq. Allah Quranda belə bildirir:
Həqiqətən, sənə də, səndən əvvəlkilərə də: “Əgər Allaha şərik qoşsan, sənin əməlin puça çıxar və ziyana uğrayanlardan olarsan!” – deyə vəhy olunmuşdur. Xeyr! Allaha ibadət et və şükür edənlərdən ol! (Zumər surəsi, 65-66)

