Ayə izahı: Rad surəsi, 22

Quranı rəhbər edən möminlər, heç bir mənfəət gözləmədən yalnız Allahın razılığını və

Quranı rəhbər edən möminlər, heç bir mənfəət gözləmədən yalnız Allahın razılığını və məmnuniyyətini qazanmaq məqsədiylə səbir göstərərlər. Rad surəsindəki ayədə bu həqiqət xəbər verilir.

Möminlərin məqsədi, bütün həyatını Allahın məmnun olacağını ümid edərək keçirə bilmək və göstərdikləri gözəl əxlaq ilə Allahın razılığını qazana bilməkdir. Səbir, möminin Allaha qarşı olan səmimiyyətinin və Ona yaxınlaşmaq üçün göstərdiyi səyin ən əhəmiyyətli göstəricilərindən biridir. Çünki insan ancaq Allaha olan imanı və yaxınlığı nisbətində səbir göstərə bilər. Bir fədakarlıq etməsi lazımdırsa bunu ən gözəl şəkildə, əlindəki imkanı ən yüksək dərəcədə istifadə edir. Bir çətinliklə qarşılaşdığında da, Allahdan kömək diləyir. Mömin, coşğulu bir eşqlə sevdiyi Uca Allahın razılığını qazanmaq üçün səbir edər, buna görə heç bir çətinliyə qapılmaz, əksinə mənəvi həzz duyar. Allahın bu səbrin qarşılığında vəd etdiyi nemət və gözəllikləri ümid edərək böyük sevinc duyar. Qarşısına çıxan hər hadisədə Allahdan həmişə razıdır, Onun sonsuz şəfqətinə və mərhəmətinə iman edər, Ona arxalanıb güvənər.

Möminlər dünyada sahib olduqları bütün imkanları Allaha yaxınlaşmaq və Onun razılığını qazana bilmək üçün ortaya qoymuş, bütün həyatını Rəbbimizin yaxınlığını və dostluğunu qazanmağa həsr etmiş insanlardır. Quranın “Rəbbin üçün səbir et” (Muddəssir surəsi, 7) hökmünə həyatının hər anında itaət edərlər. Rəbbimiz, bu əxlaqına qarşılıq möminləri razılığı və cənnəti ilə mükafatlandıracağını vəd etmişdir. Uca Allah, razı olduğu qulları üçün sonsuz cənnətində sərhədsiz nemətlər təqdim edir. İman edən möminlər üçün hər şeydən vacib olan, ayədə də bildirildiyi kimi, Uca Rəbbimiz Allahın sevgisini, razılığını və məmnuniyyətini qazana bilmələridir. Cənnətdə isə bu məqsədə çatmağın sözlə izah edilməyəcək qədər xoşbəxtliyini yaşayarlar.