Rad surəsi, 11-ci ayə. “Onun (insanın) qarşısından və arxasından izləyənləri (təqibçiləri) vardır”, Allah Ruh sahiblərinə qoruyucu mələklər verər. Bilirsiniz. Hz. Mehdi (ə.s)-ın da, hər tərəfində mələklər vardır. Cəbrayıl (ə.s) və Mikayıl (ə.s) iki tərəfindədirlər, inşaAllah, “onu Allahın əmriylə qoruyub-mühafizə edirlər.” Hz. Mehdi (ə.s) da qorunma altındadır.
“Həqiqətən Allah, öz nəfsi (öz)lərində olanı dəyişdirib məhv edənə qədər, bir cəmiyyətdə olanı dəyişdirib-məhv etməz.” Yəni “bir cəmiyyət məhv olmadıqdan sonra, ona verdiyim neməti məhv etmərəm” deyir Allah. “Allah bir cəmiyyətə pislik istəsə,” Anarxiya, qarışıqlıq, boğuşma, bölünmə, parçalanma, “artıq onu geri çevirməyə heç bir (şəkildə imkan) yoxdur; onlar üçün Ondan başqa bir vəli yoxdur.” Yəni “iqtisadi böhranı da meydana gətirərəm” deyir Allah, “fəlakəti də meydana gətirərəm, bunu dayandıra bilməzlər” deyir.
“İnkar edənlər deyərlər ki: “Ona Rəbbindən bir ayə (möcüzə) endirilsəydi.” Xurafatçılar deyəcəklər ki, madam bu adam hz. Mehdidir, o zaman “bir mələk gəlsin, başının üstündə dayansın, görək”. “İnkar edənlər deyərlər ki: “Ona Rəbbindən bir ayə (möcüzə) endirilsəydi. Sən, yalnız xəbərdar edənsən və hər birlik üçün bir hidayət öndərisən.” “Mehdisən” deyir Allah. Əbcədi; dəqiq 1982-ci il tarixini verir. Peyğəmbərimizə (s) işarə edən bir ayədir, amma işarəli mənada, yəni Axırzaman olaraq düşündükdə hz. Mehdi (ə.s)-a baxır. Hidayət öndəri; Hz. Mehdi (ə.s) olur, inşaAllah.

