Ayə izahı: Qəsas surəsi, 37

Qəsas surəsi, 37, “Musa dedi: “Rəbbim Öz tərəfindən kimin hidayətlə göndərildiyini və xeyirli

Qəsas surəsi, 37, “Musa dedi: “Rəbbim Öz tərəfindən kimin hidayətlə göndərildiyini və xeyirli aqibətin kimə qismət olacağını çox yaxşı bilir.” Yəni dünyanın son hakiminin kim olacağını daha yaxşı bilər. “Həqiqətən, zülm edənlər, nicat tapmazlar.” Dəccallar nicat tapmazlar. “Amma dünya yurdunun nəticəsinin kimə aid olacağını daha yaxşı bilər.” İnşaAllah, hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s)-a aid olacaq, Allahın icazəsi ilə. “Rəbbim, kimin Özündən bir hidayətlə gəldiyini,” hidayətlə gələn kimdir? Mehdi (ə.s)-dır, inşaAllah. Bir çox mənası var, bir çox işarəsi var.

“Firon dedi ki: “Ey öndə gələnlər, sizin üçün məndən başqa ilah olduğunu bilmirəm.” Dəccallıq edir, dəccallığını elan edir. Yəni, haşa “Allah yoxdur” deyir. O zamanın darvinist, materialisti, o zamanın Darvini firondur. Firon dövrün Darvinidir. Çünki “Onlara Nilin palçıqlarından meydana gəldiniz” deyir. Nilin palçığından. “Bütün heyvanlar, bitkilər, hamısı Nilin palçıqlarından təsadüfən meydana gəldi” deyir. O dövrün darvinist, materialistidir. “Ey öndə gələnlər, sizin üçün məndən başqa ilah olduğunu bilmirəm. Ey Haman, palçığın üstündə bir atəş yandır, mənə yüksək bir qüllə tik.” Təbii ki, burada həqiqətən, bir palçıq nəzərdə tutur. Darvinist və materialistlər nə deyir? “Nilin palçıqlarından meydana gəldi” deyir. Burada nə deyir? Palçıq. “Palçığın üstündə bir atəş yandır.” Fitnə atəşi yandırır və o fitnə atəşi bütün bölgəni örtmüş olur. “Mənə yüksək bir qüllə inşa et.” “Elə bir dəccalliyyət inşa et ki, meydana gətir ki, dəccaliyyətin görünüşü o qədər göz boyayıcı olsun ki, sanki bir qülləni xatırlatsın. Böyük bir bina kimi olsun” deyir.

“Bəlkə Musanın İlahına çıxaram. “Guya firon özünə görə, axmaqca lağ edir. “Çünki həqiqətən, mən onu yalançılardan (biri) sanıram.” Onu, hz. Musa (ə.s)-ı təkzib edir. O dövrün dəccalı, onu öz dinindən dönməklə, mürtədliklə ittiham edir. “Mürtəd” deyir, “mənim dinimdən döndü” deyir. Sənin dinin onsuz da azğın bir dindir. Haqq din İslamdır, inşaAllah. Münafiqlər də Mehdi (ə.s)-a “haqq dindən döndü” deyəcək. O da ayrı bir fitnədir.