Ayə izahı: Qəmər surəsi, 2

Qəmər surəsi, “Onlar bir ayə (möcüzə) görsələr, arxa çevirərlər və: “(Bu,) Davam edən bir

Qəmər surəsi, “Onlar bir ayə (möcüzə) görsələr, arxa çevirərlər və: “(Bu,) Davam edən bir cadudur.” deyərlər.” Axırzamana aid 600-dən çox hədis vardır və demək olar 95%-i reallaşmışdır. Hədislər 2 halda səhih qəbul edilər;

1) Qurana uyğun olarsa, 2) Təvafüq edərsə, yəni reallaşarsa.

Axırzamanla bağlı hədislərin reallaşması isə onları səhih olduğunu göstərir, inşaAllah. “Onlar bir ayə (möcüzə) görsələr, arxa çevirərlər.” Yəni baş qoşmazlar, inanmazlar deyir Allah. “Və: “(Bu,) Davam edən bir cadudur.” deyərlər.” Cadudur bu, biz buna bu gözlə baxmırıq deyirlər. “And olsun, onlara (onları şirkdən və azmaqdan) imtina etdirəcək nə qədər xəbərlər gəldi.” Xurafatçı dəstəsinə həmişə xəbərdarlıq gəlir, amma insanlar baş qoşmurlar. “(Ki hər biri) böyük bir hikmətdir.” Çox mənalı və gözəl sözlər eşitdikləri halda, deyir Allah, “lakin xəbərdar etmələri bir fayda vermir.” Xurafatçılar bu mövüzələri görsələr belə təsirlənməzlər, onların marağında belə deyil. Məzhəbçi xurafatçı dəstəsinə də haqq-həqiqət təsir etmir. “Elə isə, sən onlardan üz çevir.” Əgər haqqı qəbul etmirlərsə, inadlar öz batil dinlərində qalmağa davam edirlərsə üz çevirmək gərək, çünki vaxt itkisidirlər artıq.

Əgər öyüd vermək fayda verirsə, sən öyüd-nəsihət ver! (Əla surəsi, 9)

Ayəyə görə, əgər fayda verərsə o insana təbliğ edilər, maruf-münkər edilər, əgər faydası olmursa əl çəkmək lazımdır. Sözü eşidənə deyərlər daima, inşaAllah.

Rəhmanın (xalis) qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” – deyərlər. (Furqan surəsi, 63)

Quran əxlaqını qəbul etməyib, sadəcə öz xurafatlarında qalmağa davam edənlər üçünsə “salam” verib keçməkdir. Yəni onlara qarşı kin, düşmənçilik duymaq doğru deyildir, ünsiyyət şəkli salam-sağol formasındadır sadəcə. Onlarla dost olunmaz və vaxt keçirmək doğru deyildir.