Ayə izahı: Qamər surəsi, 49

Allah bu ayəsində hər şeyi tale ilə yaratdığını bildirir

Allah bu ayəsində hər şeyi tale ilə yaratdığını bildirir. Canlı-cansız bütün varlıqlar tale ilə birlikdə yaradılmışdır. Heç bir varlıq Allahın təyin etdiyi taleyə kiçicik təsir belə göstərə bilməz. Başına gələn nə yaxşılığa, nə də pisliyə mane olmağa qadir deyil.

Tale Allahın yaratdığı bütün canlıların keçmişini, gələcəyini, hər hərəkətini, düşüncəsini, danışığını ən incə detalına qədər bilməsi və idarə etməsidir. İnsanların dünyaya gəldikləri andan etibarən öləcəkləri ana qədər yaşayacaqları bütün hadisələr, görəcəkləri bütün işlər, bir sözlə həyatının hər anı daha onlar doğulmadan əvvəl Allah qatında təyin edilmiş və planlanmışdır. İnsan yalnız Allahın dilədiyi və yaratdığı hadisələrlə qarşılaşır və Onun dilədiyi kimi yaşayır. Allah bu həqiqəti Qəmər surəsinin 52 və 53-cü ayələrində belə bildirmişdir:

“Onların etdiyi hər şey kitablarındadır. Hər bir kiçik və böyük (əməl) yazılmışdır!” (Qəmər surəsi, 52-53)

Ayələrdə bildirdiyi kimi, bütün insanlar Allahın təyin etdiyi tale çərçivəsində, Onun nəzarəti və hakimiyyəti altında həyatını davam etdirirlər. Heç bir insanın bu “çərçivədən” kənara çıxması mümkün deyil. Bəzi insanlar qarşılaşdıqları hər hadisəyə təvəkkülsüz, ümidsiz yanaşırlar. Dolayısı ilə, daima bədbin əhval-ruhiyyədə olurlar. Bundan xilas olmağın yeganə yolu isə taleyə təslim olmaq, hadisələrdəki hikmətləri görməyə çalışmaqdır.