Nur surəsi, 45-ci ayə; “Allah, hər canlını sudan yaratdı”, “Hər canlının mənşəyində su vardır” deyir, Allah. İnsanların da böyük hissəsi sudur, qanın 92%-i sudur, bütün canlıların böyük hissəsi sudur bilirsiniz.
“Onlar deyərlər ki: “Allaha və elçisinə iman etdik və itaət etdik”. Sonra bunun ardından onlardan bir qrup arxa çevirər. Bunlar iman etmiş deyildirlər”. İnsanlar ümumiyyətlə iman edərlər, lakin bir müddət sonra baxarsan namazdan imtina edər, dindən imtina edər. Daha sonrada rəftarını dəyişdirən çox insana rast gəlmisiniz. Quran onlara diqqət çəkir. “Aralarında hökm etməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman, onlardan bir qrup üz çevirər”. “Bir qrup Quran əxlaqına görə hərəkət edək deyildiyində qəbul etməzlər” deyir, Allah. “Lakin haqq lehlərindədirsə, ona boyun əyərək gəlirlər”. İnsanlar da bir şey olanda mütləq əvvəl öz haqlarının qorunmasını istəyərlər, halbuki, ədalətdə mütləq bir tərəf zərər çəkmiş olacaq. Özünü zərər çəkmiş zənn edəcək. İki adam mübahisə edirsə, biri haqlıdır. İkisi birdən haqlı çıxmağa çalışır, Quran ona diqqət çəkir. “Əgər haqq lehlərindədirsə, ona boyun əyərək gəlirlər. Bunların ürəklərində xəstəlik mi var? Yoxsa şübhəyə mi qapıldılar? Yoxsa Allahın və elçisinin özlərinə qarşı haqsızlıq edəcəyindən mi qorxurlar?” Peyğəmbərimizin (s) ədalətinə güvənə bilmirlər. Quran ona diqqət çəkir. “Xeyr, onlar zalım kəslərdir. Aralarında hökm etməsi üçün, Allaha və elçisinə çağırıldıqları zaman mömin olanların sözü; “eşitdik və itaət etdik” demələridir. Məhz rifaha qovuşanlar bunlardır”. Mömin, eşitdik və itaət etdik deyəcək. Ədaləti Peyğəmbərimizə (s) buraxacaq. Mehdiyyət dövründə də elədir, hz. Mehdi (ə.s)-ın ədalətinə tabe olunacaq. İnsan şübhəyə düşməyəcək. Haqqım tapdalandı deməyəcək. Çünki onun bilmədiyi şeylər ola bilər.

