Ayə izahı: Nur surəsi, 46

Nur surəsi, 46. “And olsun Biz, açıqlayıcı ayələr endirdik.” Yəni şərh edən, açıqlayan eyni

Nur surəsi, 46. “And olsun Biz, açıqlayıcı ayələr endirdik.” Yəni şərh edən, açıqlayan eyni zamanda, “Allah, dilədiyini doğru yola yönəldib-istiqamətləndirər.” Yəni hidayət verər və doğru yola yönəldər, istiqamətləndirər. 2044 tarixini verir. Dünya hakimiyyəti tarixini verir, inşaAllah. “Onlar deyərlər ki: “Allaha və elçisinə iman etdik və itaət etdik” sonra bunun ardından onlardan bir qrup üz döndərər. Bunlar iman etmiş deyildirlər.” Allaha və elçisinə iman etdinsə, o zaman Qurana görə hərəkət etmək lazımdır.

“Bunların qəlbində xəstəlikmi var? Yoxsa şübhəyəmi qapıldılar? Yoxsa Allahın və elçisinin özlərinə qarşı haqsızlıq edəcəyindənmi qorxurlar? Xeyr, onlar zalım kəslərdir” zülm edirlər deyir Allah. “Aralarında hökm etməsi üçün, Allaha və elçisinə çağırıldıqları zaman mömin olanların sözü: “Eşitdik və itaət etdik” demələridir. Məhz nicata qovuşanlar bunlardır.” Allah bir çox Quran ayəsində İslam Birliyini fərz edir, ən böyük fərzdir. Müsəlman o zaman, “Eşitdik və itaət etdik” deməlidir. Bu Quran hökmünə uymalıdır, inşaAllah.

“Allah, içinizdən iman edənlərə və saleh əməllərdə olanlara vəd etmişdir.” Əsas şərt İman etmək və səmimi olmaq. “Allah vəd etdi” deyir. “Heç şübhəsiz”. Heç şübhə etməyin, “onlardan əvvəlkiləri necə “güc və iqtidar sahibi” etdisə,” ondan əvvəlkiləri Qurana baxaraq öyrənəcəyik. “şübhəsiz, biz onlardan əvvəlkiləri necə güc və iqtidar sahibi etdiksə, onları da yer üzündə,” çünki yer üzündəki hakimiyyətdən Quranda iki yerdə bəhs edilir. Bir, hz. Zülqərneyn (ə.s), bir də hz. Süleyman (ə.s) hekayəsində.

“Onlar, yalnız Mənə ibadət edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar.” Şirk qoşmazlar, mövhumatçılıq etməzlər. “Kim bundan sonra inkar etsə, məhz onlar fasiqdirlər.” Deməli, mövhumatçılıq edilsə, səmimiyyətsiz olsa, qurtuluş yoxdur. Səmimi olsa qurtuluş var. “Doğru namazı qılın,” xurafatlarla deyil, mövhumatçı əlavələrlə deyil, Quranda təsvir edildiyi kimi namazı düzgün qılın. “Zəkatı verin,” Müsəlman Allah rizası üçün paylayacaq. “…və elçiyə itaət edin.” Peyğəmbərimizə (s), Axırzamanda hz. Mehdi (ə.s)-a itaət edin.