Ayə izahı: Nur surəsi, 37

Nur surəsi, 37-ci ayə

Nur surəsi, 37-ci ayə. “(Elə) İnsanlar ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, doğru namazı qılmaqdan və zəkatı verməkdən ehtirasa qapadıb saxlamaz”, İnsanlardan soruşanda niyə dini yaşamırsınız, İslamı müdafiə etmirsiniz, namaz qılmırsınız? Onların cavabı, “Ticarətlə məşğul oluruq, işimiz gücümüz var, ailəmizə baxırıq, uşağımız var, vaxtımız olmur” deyirlər. Allah da deyir ki; “(Elə) İnsanlar ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, doğru namazı qılmaqdan və zəkatı verməkdən ehtirasa qapadıb saxlamaz”. İnsanlar Axırzamanda bu bəlanın içinə düşdülər, ehtirasa qapıldılar. Ticarət dayandı, mallar gəlmədi, gömrük əməliyyatları edilə bilmədi… Həyatını tamamilə buna görə istiqamətləndirirlər. Ehtirasa qapılmış olurlar, özlərini buna bağlayırlar. Halbuki, Allah deyir; “namazı da qılmaları lazımdır, zəkatı da verərlər, bu onlara maneə deyil” deyir. Məsələn, universitet imtahanını verə bilər, çalışa bilər. Amma mütləq Allah; “mən sizə haqqı yerinə yetirəcəyiniz, ibadət edəcəyiniz vaxtı verərəm” deyir. Yetər ki, səmimi olun. Səmimi olan zəkata da, namaza da, ibadətlərinə də, İslamı təbliğ etməyə də hamısına vaxt tapar, candan yaxınlaşsa. Necə deyərlər, iman varsa, imkan da vardır.