Nur surəsi 22-ci ayə; “Sizdən fəzilətli və varlı olanlar; yaxınlara, yoxsullara, Allah yolunda hicrət edənlərə verir” ehsan verir, yemək, pul, paltar verir, “əksiltməsinlər. Bağışlasınlar və xoş görsünlər, Allahın sizi bağışlamasını istəməzsinizmi? Allah bağışlayandır, əsirgəyəndir”. “Yaxınlara”, yaxın demək; hər cür yaxın. Gördükləri qohumları, tanışları yaxınlarıdır. “Yoxsullara”; yoxsul dərhal aydın olar.
“Allah yolunda hicrət edənlərə ehsan etməkdə əksiltməsinlər” yəni məsələn, az verərək, qəlbindən çox paylamaq gəlir, amma deyir; “bu qədər də olmaz, az verim, idarə etsin” deyir. “Elə etməyin, əksiltməyin, bolca lütf edin” deyir Allah. “Bağışlasınlar”; anormal bir şey etdilərsə, bir söz dedilərsə, bağışlasınlar, onu problem etməyin. Yəni kin və nifrət duymayın, intiqam almaq fikrində olmayın. Çünki intiqam insanı çökdürər. Sevincini, şövqünü, həyəcanını hamısını qırar. İnsanı pərişan edər. Yəni ruh halını bərbad edər. “Bağışlasınlar və xoş görsünlər”; ola bilər, məsələn, mənasız, boş-boş danışa bilər, səhv bir şey edə bilər. Hər şeyi söz etməmək lazımdır. “Allah xoş görsünlər” deyir. “Allahın sizi bağışlamasını istəməzsinizmi? Mən o zaman sizi bağışlayaram deyir. “Sən adamı bağışlamazsansa, Mən də səni bağışlamaram” deyir o zaman Allah. Sən özün bağışlamaq istəmirsən, amma özünün də bağışlanmanı istəyirsən. Bu cür olmaz, müsəlman bağışlayıcı olacaq. “Allah bağışlayandır və əsirgəyəndir”.

