Ənkəbut surəsi, 2-ci ayə. “İnsanlar, (yalnız) “İman etdik” deyərək, sınanmadan buraxılacaqlarını mı sandılar?” Kimdən soruşsanız iman etdik, Allahı çox sevirik deyirlər amma Allah deyir ki, “İman etdik deyərək, sınanmadan bıraxılacaqlarını mı sandılar?” Sizi sınayacağıq deyir Allah. Nə ilə? Xəstəliklər, dərdlər, əziyyətlər, çətinliklər, nəfsin istədiyi şeylər, hər şey. “And olsun, onlardan əvvəlkiləri sınadıq.” Bütün dünyanı sınadım deyir Allah, bir tək sizi deyil. Hz. Adəm (ə.s)-dan etibarən müntəzəm sınama davam edir.
“Allah, həqiqətən, doğruları da bilir və həqiqətən, yalançıları da bilir.” Kim doğrudursa, onu Mən bilirəm deyir Allah, yalançını da bilirəm deyir. Çünki doğrunun doğru söyləməsini Allah yaradar, yalançının yalan danışmasını da Allah yaradar. Hamısı Allahın idarəsindədir. “Yoxsa, pislikləri edənlər, Bizi (aşıb) keçəcəklərini mi sandılar? Nə pis hökm edirlər?” deyir Allah. Mən hamısını bilirəm deyir Allah, çünki taledə Özü yaradır.
“Kim Allaha qovuşmağı ümid edirsə, heç şübhəsiz, Allahın (təsbit etdiyi) müddəti yaxınlaşaraq-gəlir. O, eşidəndir, biləndir.” Birdən oyandığında, birdən həyatın sonsuz olduğunu gördüyündə, bunu görəcək deyir Allah. Amma bu əvvəldən bildirilsə, imtahan aradan qalxar. O zaman hz. Əli ilə Əbucəhl eyni olar. Yəni ən adi insanla, ən yüksək insan eyni olar. Ona görə imtahanda açıqlıq olmur. Dəqiq bir möcüzə Allah meydana gətirməz, ağılın ixtiyarı aradan qalxmaz.
“Kim cihad etsə,” cəhd etsə, cəhd göstərsə “yalnız öz nəfsi üçün cihad etmiş olar. Şübhəsiz Allah, aləmlərdən müstağnidir.” Biz cəhd etsək də, etməsək də, Allah onsuz da dediyini edər, dəyişən bir şey olmaz. Hər nə etsək özümüz üçün edirik. Allah bunu izah edir, inşaAllah.

