Ayə izahı: Nisa surəsi, 38

Münafiq malını verdiyində çox əzab çəkər, çox peşman olar

Münafiq malını verdiyində çox əzab çəkər, çox peşman olar. Göstəriş olsun deyə az verər, amma həmişə ona yanar, malından vermiş olmaq ürəyini çox yandırar. Allaha və axirətə inanmazlar, bu xəstəlikləridir.

Münafiq hər vəziyyətdə özünü möminlərə sübut etmək üçün İslam əxlaqını yaşayırmış kimi görünə bilər. Nümayiş üçün ibadət edər, lakin bu ibadəti Allah qatında qəbul olmaz. Çünki bir əməl Allah rizası üçün edildikdə ibadət sayılır. Münafiqlər isə Allahın deyil, insanların razılığını axtarırlar. Münafiqlər namaz qılarkən, infaq edərkən, danışarkən, söz verərkən və s. ancaq özlərini sübut etməyə çalışırlar. Halbuki həqiqi müsəlmanların belə bir narahatlığı yoxdur. Çünki onlar Allah qatında heç bir şeyin gizli qalmadığını və hətta unutduqları şeyləri belə Allahın axirətdə ortaya çıxaracağını bilərək yalnız Onun rizası üçün yaşayırlar.

Yalan münafiqlərin özlərini gizlətmək və saxtakarlıqlarını ört-basdır etmək üçün ən çox əl atdıqları yollardan biridir. Buna görə də münafiqlər möminlərə yalan danışmağı vərdiş halına gətiriblər. Bu yalanlarla möminləri inandırmaq üçün tez-tez and içirlər. (Mücadilə surəsi, 14 və 16).

Digər tərəfdən, münafiqlər yalan danışarkən bunun ortaya çıxmayacağını və ya qarşılıqsız qalacağını düşünməklə çox yanılırlar. “Çünki Allah onların yalan danışdığını bilir (Tövbə surəsi, 42) və buna görə də onlar üçün böyük əzab var (Bəqərə surəsi, 10).

Münafiqlərin nümayiş üçün təqlid etdiyi ibadətlərdən biri də infaqdır. “İnfaq” Allah yolunda və Allah rizası üçün hər cür xərc çəkmək və bağışlamaq mənasına gəlir. Möminlər mallarını Allah rizası üçün xərclədikləri halda, münafiqlər bunu insanlar üçün edirlər. Lakin münafiqlərin insanlar üçün etdiklərinin Allah qatında qəbul edilmədiyi Quranda bildirilir. (Tövbə surəsi, 53-54).

Ayələrdə münafiqlərin ibadətləri istəksiz və ya xoşlarına gəlmədiyi halda etdikləri xəbər verilir. Bu onların dünyada sıxıntı içində yaşamalarının səbəbidir. Onların əməllərinin hamısı nümayiş xarakteri daşıdığı üçün boşa getmişdir.