Yaşadığımız axırzaman bütün iman sahibləri üçün çox mübarək və müjdəli bir dövrdür. Çünki Rəbbimizin ayələrində və Peyğəmbərimizin (s) hədislərində iki min ildən sonra axırzamanda hz. İsanın yenidən dünyaya göndəriləcəyi xəbər verilmişdir. Hz. İsanın dünyaya ikinci dəfə gəlişində onu tanınmağımıza kömək edəcək əlamətlərdən biri də fəaliyyətləri olacaq. Hz. İsa təkrarlanması qeyri-mümkün olan fəaliyyətləri yerinə yetirərək Allahın izni ilə hz. Mehdi ilə birlikdə dünyada “Qızıl dövrün” yaşanmağına səbəb olacaq.
Hz. İsa doğumu və göstərdiyi möcüzələri ilə mübarək bir peyğəmbərdir. Allah hz. İsa üçün xüsusi bir tale yazmış və bununla da inkar edənlərin hz. İsanı öldürmək üçün qurduqları tələni pozmuşdur. Quranda açıq şəkildə bildirildiyi kimi inkar edənlər, “…İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı.” (Nisa surəsi, 157). Allah hz. İsanı Öz Dərgahına yüksəltmişdir və hz. İsa ikinci dəfə dünyaya gələcək. Ancaq hz. İsa dünyaya ikinci dəfə gələndə əvvəllər çox az insan tərəfindən tanınacaq.
Həm xristianlarda, həm də müsəlmanlarda hz. İsanın ikinci dəfə gəlişi ilə əlaqədar bəzi yanlış məlumatlar, əks fəaliyyətlər və təbliğatlar nəticəsində hz. İsa dünyaya gələndə onu tanıyan insanların sayı çox az olacaq. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi axırzamanda baş verəcək bu hadisə haqqında belə xəbər vermişdir:
“Hz. İsa (ə.s) gəldiyi vaxt hamının onun həqiqi İsa olduğunu bilməyi lazım deyil. Onun mukərrəb və havassı (dərin imanlı yaxın tələbələri) nuru-iman (imanın işığı) ilə onu tanıyar. Yoxsa bədahət dərəcəsində (birdən-birə və açıq-aşkar) hər kəs onu tanımayacaq.” (Mektubat, səh. 60)
“Hətta Hz. İsa (ə.s) nüzulu (enişi) və İsa (ə.s) olduğu nuru-imanın (iman işığının) diqqəti ilə bilinər. Hər kəs bilə bilməz.” (Şüalar, səh. 487)
Bədiüzzamanın bu sözünə görə hz. İsa dünyaya yeni gəldiyi vaxtlarda hz. İsa olduğu bilinməyəcək, çox sonralar bilinəcək. Tələbələri də onu ancaq imanın nuru ilə tanıya biləcəklər. Başqa sözlə desək, hamı onun hz. İsa olduğunu bilməyəcək.
I … Xristianlar da eynilə Müsəlmanlar kimi hz. İsanın yenidən dünyaya gəlişini gözləyirlər. Ancaq hz. İsa gələndə Xristianlarda olan bəzi səhv inancları və təhrif edilmiş batil məlumatları yox etdikdən sonra bütün insanları Quranda bildirilən həqiqi din əxlaqına dəvət edəcək. Onun dövründə İsəvilik həqiqi din olan İslamiyyət ilə birləşəcək, mənəvi olaraq Xristianlıq İslamiyyətə çevriləcək.
Hz. İsanın xristiyanlara öz peyğəmbərləri haqda üç üqnum inancının səhv olduğunu, Allahdan başqa ilah olmadığını, kiminsə başqasının günahını yüklənməsinin mümkün olmadığını, haqq kitabın Quran olduğunu izah etməsi Xristian dünyasında böyük təsir yaradacaq.
Hz. İsa ilə birlikdə insanlar cəm halda şirkdən və batil inanclardan xilas olacaq, Allahın izni ilə, birlikdə İslam əxlaqına yönələcəklər.
Peyğəmbərimizin (s) bu mövzu ilə əlaqədar hədislərindən bəziləri belədir:
“(Hz. İsa) qırx (40) il Allahın Kitabı və mənim sünnəmlə hökm edib, vəfat edəcək.” (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 92)
“Hz. İsa ümməti-Muhəmmədə peyğəmbər olaraq deyil, Şəriəti-Muhəmmədiyəyi (İslamiyyətin əsaslarını) tətbiq etmək üçün gələcəkdir, deyir.” (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 68)
“Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, şübhəsiz ki, enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa yaxın qırmızı rəngdədir. Sarı rəngli iki paltarda olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İnsanlarla İslam üçün mübarizə edəcək. Dəccalı təsirsiz hala gətirəcək, sonra dünyada düz qırx il qalacaq. Sonra öləcək və namazını Müsəlmanlar qılacaqlar.” (Büyük Hadis Külliyatı, 5-ci cild, səh. 380)
Bədiüzzaman Səid Nursi də ateizm və materializm kimi dinsiz ideologiyaların hakim olduğu bir dövrdə hz. İsanın yenidən dünyaya qayıdacağını deyir. Bədiüzzamanın aşağıdakı sözlərində xəbər verdiyi kimi hz. İsa dünyaya ikinci dəfə gəldikdə Quranla hökm edəcək, Qurana tabe olacaq. Xristianlıq və müsəlmanlıq birləşəcək və dinsizliyə qarşı Quran əxlaqı ilə üstün gələcəklər.

